RF XİN rəhbəri ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi münasibətilə Azərbaycan xarici işlər nazirinə təbrik məktubu göndərmişdir

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovu iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi münasibətilə təbrik etmişdir.
Təbrik məktubunda deyilir: "Ölkələrimiz və xalqlarımız üçün əlamətdar tarix - RF ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Tarixən qısa müddət ərzində bizim əməkdaşlığımızın təməlini möhkəmlətmək və ikitərəfli münasibətlərin dərin məzmun kəsb etməsi üçün birlikdə böyük iş görülmüşdür. Bu işin uğurlu olması hər iki ölkənin liderlərinin dövləti müdrikliyi və adi vətəndaşların səyləri sayəsində təmin edilir.
Bu gün Rusiya və Azərbaycan siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə məzmunlu dialoq aparan, regional və beynəlxalq formatlarda uğurlu qarşılıqlı fəaliyyət göstərən strateji tərəfdaşlardır. Bu genişmiqyaslı tərəfdaşlıq Xəzərdə və Cənubi Qafqazda sabitliyin, sülhün və təhlükəsizliyin mühüm amilinə çevrilmişdir.
Məmnuniyyətlə qeyd edirəm ki, biz 1992-ci ildən 2012-ci ilə qədər olan dövrdə imzalanmış ikitərəfli Rusiya-Azərbaycan sənədləri məcmuəsinin buraxılışını bu yubiley tarixinə həsr etmişik. İyirmi il ərzində yaradılmış müqavilə hüquqi bazası gələcəyə istiqamətlənmişdir və ən müxtəlif sahələrdə Rusiya-Azərbaycan əlaqələrinin tükənməz potensialını bundan sonra da üzə çıxarmaq üçün əlverişli şəraiti təmin edir.
Hörmətli Elmar Məhərrəm oğlu, sizə möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzulayıram".

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri 
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında