Ağsu aşırımındakı yolun istiqaməti dəyişdirilir

Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Ağsu aşırımında yararsız hala düşmüş və bundan əvvəl sürüşmə səbəbindən hərəkətin dayandırıldığı yolun istiqamətini dəyişir. Bu barədə çərşənbə axşamı Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat vermişdir. Onun sözlərinə görə, yararsız vəziyyətə düşmüş yolun 153-154-cü kilometrliyində istiqamət dəyişdirilir və alternativ istiqamətlər yaradılır:"İşlər aparılır, eyni zamanda asfalt örtüyünün çəkilməsi işlərinə də başlanılmalıdır".
Cümə günü əraziyə keçirilən baxışdan sonra martın 26-dan nəqliyyatın hərəkətinin müvəqqəti dayandırıldığı Ağsu aşırımı minik avtomobillərinin hərəkəti üçün tam açılmışdır.
Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü kilometrliyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çökmüşdür. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146-cı kilometrlərində sürüşmələr olduqca aktivləşmişdir, yollarda çatlar yaranmış, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürmüşdür.
Yolun bağlanması ilə əlaqədar olaraq Ağsunun 11 kəndi ilə əlaqəsi kəsilmişdir və həmin kəndlərə gediş-gəliş İsmayıllı rayonu ərazisindən keçməklə mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında