Soyqırımı qurbanlarının xatirəsi azərbaycanlıların qəlbində əbədi yaşayacaqdır

Martın 31-də Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
Mərasim iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov əsrlər boyu azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasətini mərhələ-mərhələ gerçəkləşdirən erməni millətçilərinin 1918-ci ilin martında törətdikləri, analoqu olmayan soyqırımı faciəsindən 92 il keçdiyini xatırlatmışdır. Natiq erməni şovinistləri və cəza dəstələri tərəfindən nəinki Bakıda, ölkəmizin müxtəlif bölgələrində də günahsız soydaşlarımızın - qocaların, qadınların və uşaqların milli və dini mənsubiyyətə görə sistemli və kütləvi şəkildə, amansız və vəhşi metodlarla məhv edilməsi, həmin qanlı hadisələrin çox geniş coğrafiyaya malik olması barədə ətraflı məruzə ilə çıxış etmişdir.
Xüsusilə qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri vəhşiliklərə obyektiv siyasi-hüquqi qiymət verilmiş, ulu öndər tarixi ədaləti bərpa edərək 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan etmişdir. Bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir.
Tədbirdə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində Prezident İlham Əliyevin apardığı siyasətin bütün xalqımız kimi, daxili işlər orqanları tərəfindən də dəstəkləndiyi vurğulanmışdır. Eyni zamanda, erməni hərbi birləşmələrinin işğal altındakı ərazilərimizi tərk etməyəcəkləri təqdirdə, torpaqlarımızın güc yolu ilə azad edilməsinə şəxsi heyətin hər zaman hazır olması fikri də ifadə edilmişdir.
Anım mərasimi tanınmış jurnalist Mehriban Ələkbərzadənin ssenari müəllifi və rejissoru olduğu, azərbaycanlıların soyqırımından bəhs edən "Tarixin bir günü və ya bir günün tarixi" adlı sənədli filmin nümayişi ilə başa çatmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında