Azərbaycanın dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir

Dövlət Sərhəd Xidməti (DSX) fevral-mart aylarında dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirmişdir. 
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, fevral-mart aylarında dövlət sərhədini pozduqları üçün 98 nəfər sərhəd pozucusu qismində saxlanılmış, o cümlədən sərhəd nəzarəti məntəqələrində 79 nəfərin saxta sənədlə dövlət sərhədini keçmək cəhdinin qarşısı alınmışdır.
Qeyri-leqal miqrasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində fevralın 16-da dövlət sərhədini qrup şəklində saxta sənədlə keçərək daimi yaşayış məqsədi ilə Avropaya getmə cəhdinin qarşısı alınmışdır. "Tehran-Bakı" aviareysi ilə ölkəmizə gəlmiş 7 İran vətəndaşı -1971-ci il təvəllüdlü Müsir Fərid, 1977-ci il təvəllüdlü Deraxşan Leyla, 1998-ci il təvəllüdlü Müsir Məryəm, 2007-ci il təvəllüdlü Müsir Məleykə, 1980-ci il təvəllüdlü Musəvi Seyid Məhəmmədrza, 1981-ci il təvəllüdlü Absamiyan Əhdi, 1986-ci il təvəllüdlü Kərəmi Ehsan İsveçrə və Danimarkanın saxta vətəndaşlıq pasportlarından istifadə edərək "Bakı-London" aviareysi ilə İngiltərəyə uçmaq istəyərkən saxlanılmış və ölkələrinə deportasiya olunmuşlar.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 274 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində təqribən 1 milyon 420 min 736 manat dəyərində olan qaçaqmal, o cümlədən 1 milyon 120 min dollar ABŞ valyutası, 11 milyon 570 min rubl Rusiya valyutası, 10 min rial İran valyutası, həmçinin 3 avtomat darağı, müxtəlif ölçülü 83 patron, 4 tüfəng, 1 tir tüfəngi, tir tüfəngi üçün 26 saçma, 4 pnevmatik tapança, 6 xəncər tiyəsi, 425 mobil telefon, mobil telefonların 20 aksesuarı, 5.000 litr dizel yanacağı, 3 motorlu qayıq, 500 qram barıt, 22 danışıq kartı, 800 metr balıq toru, 450 qarmaq, 1 qayıq mühərriki, müxtəlif növ spirtli içki və siqaretlər, ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılmışdır.
Sərhəd rejim qaydalarını "yaşıl sərhəd"də pozarkən 24 nəfər və Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 76 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında