Taxtakörpü su altında qalmadı

Laçınlı məcburi köçkünlər bildirirlər: əgər ölkə Prezidentinin gündəlik diqqət və qayğısı olmasaydı Taxtakörpü su altında qalardı, onlar yenidən evlərini tərk edərdilər.
Kür çayının Taxtakörpü ərazisindən keçən hissəsi 37 kilometrdir. Çayın sağ sahili boyunca laçınlı məcburi köçkünlər məskunlaşmışlar. Məsələ burasındadır ki, erməni silahlı qüvvələrinin işğalından sonra 13 min nəfərdən çox Laçın əhalisi əvvəllər qış yataqları kimi istifadə etdikləri bu əraziyə köçmüşdü. Ağcabədi, Beyləqan və İmişli rayonları ərazisində ümumi sahəsi 31,6 hektar olan Taxtakörpüdə 84 oba var.
Aprel-may aylarında Taxtakörpü ərazisində də gərgin və təhlükəli vəziyyət yaranmışdı. Kür çayının buradan keçən hissəsində suyun səviyyəsi bəzi yerlərdə 2-3 metr qalxmış, üstəlik, Qarqar çayında və Mil - Qarabağ kollektorunda güclü daşqın olmuşdu.
Ən təhlükəli vəziyyət isə, əlbəttə, Kür çayı boyunca yaranmışdı. Ona görə də ilk günlər Laçın Rayon İcra Hakimiyyəti nəzdində operativ qərargah yaradılmış, bütün imkan və qüvvələr sahilbərkitmə işlərinə yönəldilmişdir. Təkcə belə bir faktı göstərək ki, indiyə kimi hər gün 2 min canlı qüvvə, 30 müxtəlif maşın və mexanizm, 20 nasos sahilbərkitmə və qrunt sularının çəkilməsinə cəlb olunur. Nəticədə, baş verə biləcək ciddi təhlükənin qarşısı alınmışdır.
Güclü leysan və sel suları ziyansız da ötüşməmişdi. Kür və Qarqar çaylarının daşması, Mil - Qarabağ kollektorunda suyun ətraf ərazilərə sızması və qrunt sularının qalxması nəticəsində Taxtakörpü ərazisində 54 ev tamamilə uçmuş, 1845 ev isə yaşayış üçün yararsız vəziyyətə düşmüşdür.
Bundan başqa, ilkin hesablamalara görə, 1853 hektar taxıl və yonca sahəsi su altında qalmış, 155 baş mal-qara, 3 minədək ev quşları tələf olmuşdur. 6 müxtəlif güclü transformator, 30 dirək, 12 kilometr uzunluğunda naqil, 17 kilometr içməli su xətti sıradan çıxmış, 30 inzibati və sosial obyekt ciddi zərər çəkmişdir.
Laçınlıların həyəcan və narahatlığını başa düşmək çətin deyil. Mütəxəssislərin dediyinə görə, coğrafi vəziyyət elədir ki, əgər Kürün səviyyəsi bir az da qalxsaydı, sahilbərkitmə tədbirləri vaxtında aparılmasaydı, onda onların məskunlaşdıqları 31,6 hektar bütünlüklə su altında qala bilərdi. Təsadüfi deyildir ki, Laçın Rayon İcra Hakimiyyəti, əlaqədar idarə, müəssisə və təşkilatlar öz iş yerlərini, demək olar ki, bura köçürmüşlər.
Belə bir cəhəti də ayrıca qeyd etməyə dəyər ki, indiyə kimi təbiətin yaratdığı fəlakətlərə qarşı mübarizədə rayonun öz daxili imkanlarından, canlı qüvvə və texnikasından istifadə edilmişdir. Laçınlılar sel və daşqınların qarşısını vaxtında almaq üçün qətiyyət və cəsarət göstərmiş, bütün qüvvələr səfərbər edilmiş, 24 saat ərzində növbətçilik təşkil edilmişdir.
Bununla bərabər, elə məsələlər var ki, onların həlli rayonun imkanları daxilində deyil. Ona görə də gələcəkdə yarana biləcək daha ciddi təhlükənin qarşısını almaq və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Kür çayının Taxtakörpü ərazisindən keçən 37 kilometrlik, Mil - Qarabağ kollektorunun isə 28 kilometrlik hissəsində əsaslı təmir işlərinin aparılmasına böyük ehtiyac var. Ona görə də müvafiq respublika təşkilatları qarşısında məsələ qaldırılmışdır.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında