Qobustan qoruğunda monitorinqin ilkin yaranan çatlarla bağlı nəticələri açıqlanıb

Qayaüstü rəsmlər üçün təhlükə yarana bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Qobustan Milli Tarixi-Bədii Qoruğunun ərazisində aparılan monitorinqin ilkin nəticələrini açıqlayıb.
Nazirliyin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bazar ertəsi "Trend"ə deyib ki, qoruqdakı dağın zirvəsində 14 hektara yaxın düzən bir sahənin cənub-şərq hissəsində uzunluğu 150-180, eni 2 metrə qədər, görünən dərinliyi 10-30 metr olan qırılma xətləri var.
"Dünən Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə əraziyə getdik. Orada kiçik daş dağının zirvəsi boyunca çatlar var. Ərazi geoloji cəhətdən mürəkkəbdir. Əraziyə yaxın olan oxşar strukturlarda çatların yaranması, çatların güclü inkişaf etməsi kimi problemlər olub", - baş mühəndis əlavə edib.
Ş.Niftiyev bildirib ki, ərazidə görünən qalınlığı 30 metrə qədər olan əhəng daşı layı var. Bu, həmin dağın üzərini örtür. Həmin əhəng daşı da qırılmalar vasitəsilə müxtəlif ölçülü qaymalara parçalanıb. Bir qırılma isə dağın cənub-şərq istiqamətindən başlayır və şimal-qərb istiqamətinə qədər bütün hissəni kəsib keçir. Bundan başqa, həmin dağın yamacında, aşağı hissələrində sürüşməyə bənzər-pilləli qayma axını müşahidə edilir.
"Bu, sürüşməyə bənzəyir, ancaq sürüşmə ola bilməz. Onlar hamısı qaymalardır. Qoruq işçilərinin dediyinə görə, həmin ərazidə qayaüstü rəsmlər, qədim mağaralar var. Çatlar, axın intensivliklə davam edərsə, orada müəyyən fəsadlar yarada bilər", - Ş.Niftiyev əlavə edib.
Onun sözlərinə görə, bu fəsadları aradan qaldırmaq üçün ərazidəki əhəng daşı qaymalarının asılı vəziyyətə gəlmiş hissələrinin ərazidən kənarlaşdırılması təklif edilib. Ərazidəki proseslərin qarşısını almaq üçün Nazirlər Kabinetinə təqdim edilmiş tədbirlər planında o da təklif edilib ki, dağın yamacı boyu - qırılma xəttini keçən hissənin təsir dairəsində metal torlarla uçqun töküntü proseslərinin qarşısı alınsın. Eyni zamanda, təklif edilib ki, qoruq ərazisində baş verən bu geoloji proseslərin miqyasını öyrənmək və bununla əlaqədar müşahidələr aparmaq üçün müvafiq təşkilat tərəfindən mühəndisi geoloji tədqiqatlar aparılsın.
Qobustanda ilk dəfə belə hadisənin baş verdiyini deyən Ş.Niftiyev bildirib ki, əhəng daşının qaymalara parçalanması həmin ərazidə küləyin deflyasiyası, atmosfer çöküntülərinin təsiri, temperaturun gecə və gündüz fərqlənməsi nəticəsində baş verir. Əhəng daşlarının özlərinin parçalanması müşahidə oluna bilən təbii prosesdir, amma çatın əmələgəlmə səbəbləri qoruqdakı hər üç zirvədə araşdırılmalıdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında