"Göylərdən gələn gəlin"in oxucularla görüşü

İllərdən bəri Qarabağ müharibəsinin sənədli-publisistik salnaməsini yaradan yazıçı-jurnalist, qəzetimizin Qarabağ bölgəsində müxbiri Ziyəddin Sultanov bu qanlı münaqişənin bir sıra faciəli səhifələrini bədii janrlarda işləyərək ədəbiyyata da gətirmişdir.
1993-cü ildə Kəlbəcərin işğalı günlərində ermənilərin əsir götürdükləri Laçın rayonunun Şamkənd sakini, 24 yaşlı Səmanın və körpə qızı Nurlanənin başına gətirilən müsibətlər, bu qeyrətli xanımın öz həyatı bahasına insanlıq simasını itirmiş quldurlara mənəvi cəhətdən qalib gəlməsi qəzetimizdə çap olunmuş oçerkdən sonra həmkarımızın "Göylərdən gələn gəlin" adlı sənədli povestinə mövzu olmuşdur.
Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialında yenicə işıq üzü görmüş bu kitabın təqdimat mərasimi olmuşdur. Pedaqoji elmlər namizədi, dosent Sabir Məmmədov əvvəlcə Ziyəddin Sultanovun Qarabağ müharibəsi mövzusunda 22 ildən bəri fasiləsiz olaraq qələmə alınmış və işıq üzü görmüş silsilə kitabları - "Qarabağın qara günləri", "Xocalı faciəsi", "Ağdərədən gələn var", "Burdan bir atlı keçdi", "Əsirlər, girovlar, itkinlər", "Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr" topluları barədə məlumat verdi.
Natiq daha sonra bildirdi ki, Ziyəddin Sultanov bilavasitə iştirakçısı və yaxından bələd olduğu tipik fakt və hadisələri oxucuların geniş dairəsi üçün bədii şəkildə də işləyərək Qarabağ müharibəsi gerçəkliklərinin geniş mənzərələrini yaratmışdır. Bu baxımdan "Göyalərdən gələn gəlin" povesti mövzusunun təsirliliyinə, konfliktin kəskinliyinə, sənətkarlıq xüsusiyyətlərinə görə seçilir, ermənilərin qansızlığını, vəhşiliyini yüksək bədiiliklə oxuculara çatdırır.
Fəlsəfə elmləri namizədi Mahir Səlimov bildirdi ki, müəllifin bədii priyomları, mövzunun kövrəkliyinə uyğun emosional dili, təhkiyənin dramatizmi onun bu mövzuya necə dərindən bağlı olduğunu, erməni vandallarına qarşı bitib-tükənməyən nifrətini, ulu nənələrimizin ləyaqətinə layiq hünər göstərən qəhrəman Səmaya dərin ehtiramını ucadan bəyan edir. Əsərin uğurlu seçilmiş adı da çox şey deyir. Povest və son cümləsinədək Ziyəddin Sultanovun yazıçı məharətini, söz qarşısında məsuliyyətini sərgiləyir. Yeni kitab Qarabağ müharibəsinin sənədli-bədii xronikasını zənginləşdirməkdə yazıçı-jurnalistin növbəti uğurudur.
Müzakirələrdə çıxış edən millət vəkili, şair Tahir Rza, Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov, filologiya elmləri namizədi, dosent Vaqif Allahverdiyev, filialın baş müəllimi Fəridə Mikayılova, metodist Əsgər Almuradov, şəhid anası Sevda Kərimova, birinci kurs tələbəsi Məryəm Mürsəlova və başqaları kitab barədə rəy və mülahizələrini, səmimi təəssüratlarını bildirdilər, müəllifə yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda Ziyəddin Sultanov çıxış edərək onun üçün çox əziz olan bu kitabı ərsəyə gətirməklə mənəvi rahatlıq tapdığını bildirdi, yeni yaradıcılıq planlarından danışdı, tələbələrin çoxsaylı suallarını cavablandırdı.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında