Milli Qəhrəmanın anım mərasimi keçirilmişdir

Binəqədi Rayon İcra Hakimiyyəti və Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Milli Qəhrəman Fərhad Hümbətovun Rəsulzadə qəsəbəsində qəhrəmanın adını daşıyan parkda anım mərasimi keçirilmişdir. 
Tədbir iştirakçıları əvvəlcə F. Hümbətovun abidəsi önünə əklil qoymuş, gül-çiçək dəstələri düzmüşlər. Sonra Milli Qəhrəmanın, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanların ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur. "Milli Qəhrəmanları Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı, Milli Qəhrəmanın anası Salatın Hümbətova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev F. Hümbətovun keçdiyi ömür yolundan danışmışlar.
Xatırladılmışdır ki, Fərhad 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində ağır döyüş yolu keçmiş və həmin ilin martın 29-da Xocalının Kosalar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Fərhad Hümbətova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. O, Bakıda, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Binəqədi rayonunda adına park salınmış və burada büstü qoyulmuşdur.
Mərasimin sonunda 99 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında