"AKKORD" soyqırımı dəhşətlərinə diqqət çəkmək üçün xüsusi tədbir keçirib

94 il əvvəl - 1918-ci ilin mart ayında erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin anım günü - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü hər il olduğu kimi, bu il də "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən özünəməxsus tərzdə qeyd edilib. Martın 31-də Korporasiyanın baş direktoru Xaqani Quluzadənin təşəbbüsü ilə Pirşağı qəsəbəsində yeləşən 2 saylı Xocalı məktəbinin müəllim və şagirdlərinin Quba rayonundakı SOYQIRIM qurbanlarının xatirə kompleksinə ziyarəti təşkil edilib. Korporasiyanın ayırdığı avtobusla Qubaya yollanan qrupa "Akkord"un ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva rəhbərlik edib.
Korporasiyanın bu təşəbbüslə çıxış etməsində əsas məqsəd bir soyqırım qurbanlarının və onların övladlarının digər soyqırım qurbanlarının xatirəsini yad etməsi olub. Erməni millətçilərinin xalqımıza qarşı yönəlmiş mənfur düşmənçilik siyasəti davamlı və dəyişməz olduğu kimi, həm də amansız və qəddar xarakter daşımışdır. Yeni nəslin bunu unutmaması isə gələcək təhlükələrin qarşısının alınmasında müstəsna əhəmiyyət kəsb edir. Hər kəs bu qanlı tarixin yaddaşlarda əbədi yaşaması üçün əlindən gələni etməlidir.
Ziyarət mərasimi zamanı Korporasiya nümayəndələri və Xocalı məktəbinin kollektivi Xatirə Kompleksinə əklil və tər gül-çiçək dəstələri qoyublar və bu soyqırım faktı ilə bağlı məruzələr dinləyiblər.
Qeyd edək ki, ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalmış həmvətənlərimiz digər məcburi köçkün və qaçqınlarla bərabər, hər zaman "Akkord" Korporasiyasının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bayram, ildönümü və anım günlərində Xocalı sakinlərinə müxtəlif yardımlar göstərən "Akkord" təkcə Pirşağı qəsəbəsindəki 2 saylı məktəbə deyil, Naftalan şəhərində yerləşmiş Xocalı məktəbinə də köməyini əsirgəməmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında