Soyqırımı qurbanları yad edilmişdir

Zaqatala rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanalrının rəhbərləri və rayon ictimaiyyətinin nüamyəndələrinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə "Azərbaycanlıların soyqırımı" xatirə kompleksini ziyarət etmiş, tər çiçəklər düzmüş, soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Kompleksin önündə keçirilən tədbirdə Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Elman Ramazanov geniş məruzə ilə çıxış etmişdir. Məruzədə azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını ətraflı təhlil etmiş, etnogenezi və ilkin məskunlaşma arealı dəqiq bilinməyən, hər yerə səpələnən, yalnız bəd əməllər hesabına bir yerə cəmləşən ermənilərin "Böyük Ermənistan" yaratmaq iddiasını xüsusi qeyd etmişdir.
Daha sonra natiq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalamaqla xalqımıza qarşı törədilən bu cinayətin obyektiv mənzərəsini təsvir etmək, ona siyasi və hüquqi qiymət vermək imkanı yaratdığını bildirmişdir. Ümummilli liderin qətiyyətli və məqsədyönlü siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirildiyini vurğulamışdır.
Mərasimdə çıxış edənlər insanlarımızda vətənpərvərliyi və mütəşəkkilliyi, Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi sayəsində qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına, xalqımıza qarşı əsl soyqırım siyasəti həyata keçirənlərin, başqa xalqlara düşmənçilik və nifrət ideologiyasının daşıyıcılarının ifşa edilməsinə nail olacağımıza əminliyini bildirmişlər.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında