Tarixin dərslərini unutmamalıyıq

Lerik rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov açaraq bildirdi ki, 94 il əvvəl - 1918-ci il martın 31-dən aprelin 2-dək Bakı şəhərində hakimiyyətdə olan daşnak-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilmişdir. Lakin uzun müddət bütün bu hadisələr tarixi saxtakarlığa məruz qalmışdır. 1918-ci ilin mart qırğınları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi. 
Azərbaycan Respublikası Prezidentinin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli və "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanları bu baxımdan mühüm əhəmiyyətli sənədlər oldu. "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımların rəsmən adı çəkilmiş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Azərbaycan xalqının başına gətirilən bu müsibətlər unudulmamalı, bütün bunlar olduğu kimi dünya ictimaiyyətinə çatdırılmalı və beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməlidir.
Rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov 1918-ci il Mart soyqırımları barədə məruzəsində bildirdi ki, əsrlər boyu erməni millətçiləri Azərbaycan torpaqları hesabına "Dənizdən-dənizə Böyük Ermənistan" dövləti yaratmaq xülyasında olmuş, bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış və bəşəriyyətdə analoqu olmayan vəhşiliklər törətmişlər. Xüsusilə XIX-XX əsrlərdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. İki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaqla, fiziki cəhətdən məhv etməklə yeni ərazilər ələ keçirmək idi.
1918-ci ilin Mart qırğınları XX əsr Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olmaqla xalqımıza qarşı törədilən qanlı faciə və soyqırımdır. 1918-ci il Mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür.
Bu soyqırım aktları həmin dövrlərdə Azərbaycanın digər bölgələrində: Qubada, Şamaxıda, Göyçayda, Lənkəranda, Qərbi Azərbaycan ərazisində də törədilmişdir.
Məruzə ətrafında çıxış edənlər azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım siyasətinin tarixi kökləri barədə ətraflı məlumat verdilər, xalqımıza qarşı törədilmiş bütün bu cinayətlərin beynəlxalq miqyasda tanınması üçün Azərbaycan dövlətinin hər bir vətəndaşının bu istiqamətdə fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğuladılar.

{nl}

"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında