Cəbhə xəttində vəziyyət yenidən gərginləşmişdir

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 29-da saat 16.50-dən 16.55-dək Tovuz rayonu ərazisindəki, saat 17.05-dən 17.10-dək və 17.15-dən 17.20-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqezor kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərini atəşə tutmuşlar. 
Ermənilər elə həmin gün saat 11.30-dan 11.35-dək, 23.47-dən 23.56-dək və martın 30-da saat 05.46-dan 05.57-dək Ermənistanın Noyenberyan rayonunun Voskevan və Berdavan kəndlərində yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara və Kəmərli kəndlərində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, erməni silahlı birləşmələrinin bölmələri martın 30-da saat 00.50-dən 00.58-dək və 05.15-dən 05.20-dək Ermənistanın İcevan rayonunun Berkaber və Ayqovit kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı və Balacəfərli kəndlərində, saat 01.15-dən 01.30-dək isə Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutmuşlar.
Atəşkəs Cəbrayıl rayonu istiqamətində də pozulmuşdur. Belə ki, ermənilər, saat 05.00-dan 05.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında