Şamaxının Muğanlı kəndində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün rayonun Meysəri kəndi yaxınlığında yeniləri tikiləcəkdir

Martın 30-da Baş nazirin müavini Abid Şərifov aidiyyəti qurumların rəhbərləri və mütəxəssislərlə birlikdə Şamaxı rayonunun Muğanlı kəndində olmuş, torpaq sürüşməsi nəticəsində yaranmış vəziyyətlə əlaqədar təbii fəlakət sahələrinə baxış keçirmişdir. 
Əvvəlcə Bakı-Şamaxı-Yevlax magistral yolunun Muğanlı-Ağsu hissəsini gəzən A.Şərifov yollarda, xüsusən Ağsu aşırımında baş vermiş sürüşmə sahələrindəki vəziyyətlə tanış olmuşdur. Mütəxəssislərin rəyi nəzərə alınmaqla təhlükəli hissələrin təmir edilməsi, martın 26-dan bütün nəqliyyat vasitələri üçün bağlanan yolun yüngül minik avtomobilləri üçün açılması qərara alınmışdır.
Sonra Muğanlı kəndində sakinlərlə görüş keçirilmişdir. Görüşdə sürüşmə sahəsinə düşən 46 yaşayış evinin sakinlərinin rəyi nəzərə alınaraq onlar üçün Meysəri kəndi yaxınlığında, Muğanlı bələdiyyəsinə məxsus ərazidə yeni evlərin tikilməsi məqsədəuyğun hesab edilmişdir. Mütəxəssislərə ərazidə gələcəkdə torpaq sürüşməsi və digər təhlükəli vəziyyətin yaranıb-yaranmayacağını dəqiqləşdirmək məqsədilə mühəndis-geoloji tədqiqatların aparılması üçün tapşırıqlar verilmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında