LDU-da konfrans keçirilmişdir

Lənkəran Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş konfrans kecirilmişdir. 
Konfransdan əvvəl universitetin professor-müəllim heyəti və tələbələri Lənkəranın mərkəzində ucaldılmış "Soyqırımı qurbanları" xatirə kompleksini ziyarət etmiş, abidənin önünə əklil və gül dəstələri qoymuşlar.
Tədbir universitetdə davam etdirilmiş, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Universitetin rektoru, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov konfransı açaraq erməni millətçilərinin zaman-zaman soydaşlarımızın başına gətirdiyi faciələrdən, onların əsassız ərazi iddialarından bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışaraq tam əminliklə bildirmişdir ki, ölkə başçısının yorulmaz səyləri ilə tezliklə ərazi bütövlüyümüzün bərpasına nail olacağıq.
"Tarix və fəlsəfə" kafedrasının dosenti, tarix elmləri namizədi Əliağa Baxşıyev "Azərbaycanlıların soyqırımı əsrlərin faciəsidir" mövzusunda məruzə edərək bildirmişdir ki, soyqırım hadisələri Lənkərandan da yan keçməmiş, 1918-ci ilin mart-aprel aylarında qəzada 40-dək kənd yandırılmış, günahsız insanlar qətlə yetirilmişdir. Həmin dövrdə rayonun Gərmətük, Mamusta, Sütəmurdov, Şıxəkəran, Xolmili, Kərgəlan kəndlərində görünməmiş talan və qırğınlar törədilmişdir.
Universitetin qocaman müəllimi, filologiya elmləri namizədi, Prezident təqaüdcüsü Hacı Mirhaşım Talışlı, Lənkəran Ağsaqqallar Şurası sədrinin müavini, ali təhsil ocağında valideynlər şurasının sədri Sərhad Məmmədov, kafedra müdiri Yədulla Ağazadə, universitetin əməkdaşı Nəzakət İbadova, tələbələrdən Cəmilə Əliyeva, Ülkər Salayeva və başqaları həmin qanlı hadisələrə münasibətlərini bildirmiş və qeyd etmişlər ki, soyqırımı qurbanlarının xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək.
Universitetdə soyqırımı qurbanlarının xatirəsini əks etdirən kitab sərgisi açılmışdır. Martın 31-də LDU-da ilk dərslər azərbaycanlıların soyqırımına həsr edilmişdir.
Azərbaycanlıların soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün universitetdə virtual aksiya keçirilmişdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında