Bakının və Azərbaycanın yepiskopu Aleksandr Yekaterinburqa səfər etmişdir

Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğundan bildirmişlər ki, Bakının və Azərbaycanın yepiskopu Aleksandr Rus Pravoslav Kilsəsinin dəvəti ilə Ural paytaxtında səfərdə olmuşdur. 
Səfər əsnasında yepiskop Aleksandr Azərbaycanın baş konsulu Sultan Qasımovla görüşmüş, Ural Dövlət Dağ-Mədən Universitetində (UDDMU) olmuş, Yekaterinburq ictimaiyyətinin və gənclərinin nümayəndələri ilə görüşmüşdür. Universitetin nəzdində yerləşən Müqəddəs Nikola Kilsəsindən başlayan tanışlıq Ural Geologiya Muzeyində davam etmişdir. Rusiyanın bu qocaman ali məktəbinin rektoru Nikolay Kosarev 1937-ci ildə yaradılan muzeyin tarixindən danışmışdır. Yepiskop Aleksandr Uralın təkində yerləşən sərvətin təqdim edildiyi muzeyin ekspozisiyası ilə - hər birinin öz tarixi olan əlvan daşlar, büllur möhürlərlə tanış olmuşdur. Müasir ustaların hazırladıqları, üstündə səkkizşüalı simmetriyanın təsvir olunduğu Malaxit masa, qədim malaxit güldanlar və əlbəttə, Qızıl otaq qonaqlarda böyük maraq doğurmuşdur. Yepiskop ekspozisiyasına baxdıqdan sonra muzeyin əməkdaşlarına minnətdarlığını bildirmiş və Ural Geologiya Muzeyinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Sonra görüş universitetin Çar zalında davam etmişdir. Görüşdə Azərbaycanın baş konsulu Sultan Qasımov, UDDMU-nun tələbə və müəllim heyəti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri və UDDMU-nun ilahiyyat kafedrasının müdiri protoirey Vladimir (Zaytsev) iştirak etmişlər. Görüşdə gənclərin təlim-tərbiyəsi məsələləri müzakirə edilmişdir.
Universitetin rektoru ali təhsil ocağının fəaliyyətindən danışaraq fəxrlə qeyd etmişdir ki, həmvətənimiz, cüdo üzrə dünya çempionu Səxavət Hacıyev burada oxuyur. Aleksandr dəvətə və mehriban qəbula görə minnətdarlığını bildirərək, tələbələrin təlim-tərbiyə məsələlərinə uğurlar arzulamışdır.
Yekaterinburq vilayət telekanalının "Azərbaycana aparan yol" proqramında yepiskop Aleksandrın səfərinin yekunlarına dair süjet və onunla müsahibə göstərilmişdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında