22 yaşlı gənc 66900 manata, 72 yaşlı təqaüdçü isə Hyundai "Sonata"ya sahib oldular

Bayram tətilləri ilə bol olan mart ayında "Azərlotereya" ASC iki bayram layihəsini uğurla həyata keçirdi. Bu iki oyun iştirakçıları 14 avtomobil uddular. Lakin lotereya həvəskarlarının əsas diqqəti "Binqo+8" və "Bahar Sevincləri" lotereyalarına yönəlsə də, rekord uduş "5/36" oyununda qeydə alındı və növbəti "Cek Pot" uduldu. Oyun iştirakçıları arasında Lənkəran rayon sakini Cəfərov Samir Ağakərim oğlu mart ayının uduş rekorduna imza atdı. 22 yaşlı gənc nə az, nə çox- düz 66 900 manat uddu. Bu barədə həvəslə danışan Samir cavan olmasına baxmayaraq bir oğul atasıdır. Valideynləri ilə yaşayan Samir beş qardaşdan ən kiçiyidir. Qardaşlardan ən böyüyü və bir də ən kiçiyi olan Samir evlidirlər. Başqa sözlə, o artıq ailə başçısıdır və indidən balaca Əlinin sabahını fikirləşir.
Doğrudan da hərənin öz qisməti var. 22 yaşlı Samir 66 900 manat udur, 72 yaşlı Əliabbas müəllim isə Hyundai "Sonata" avtomobili. Bakı şəhər sakini Hüseynov Əliabbas Rahil oğlu bu avtomobili "Bahar Sevincləri" lotereyasında qazanıb. Hazırda hərbi təqaüdçü olan Hüseynov Əliabbasın dörd övladı, dörd nəvəsi var. Lotereya oyunlarında necə iştirak etməsi sualına əsl hərbçi kimi lakonik şəkildə - "55 ildir ki, lotereya oyunlarında iştirak edirəm" cavabını verdi. Bu dəfə, Əliabbas müəllim cəmi 1 bilet alıbmış və qismətinə Hyundai "Sonata" avtomobili çıxdı.
"Bahar Sevincləri" lotereyasının unikal cəhətlərindən biri də o idi ki, hətta, lotereya biletinin altı rəqəmli seriya nömrəsinin ilk rəqəmi nəzərə alınmadan belə, son beş rəqəmi ilə avtomobil udmaq mümkün idi və bu imkandan Qusar rayon sakini Azıyev Qəzənfər Kərimxan oğlu yararlandı. Onun 068729 nömrəli bileti Chevrolet "Aveo" avtomobili uddu. İkinci Chevrolet "Aveo" avtomobilini udan, 068729 olan biletin sahibini "Azərlotereya" ASC-də gözləyirlər. Yeri gəlmişkən, şirkətdə "Bahar Sevincləri" lotereyasının digər qaliblərini- Toyota "Prado" avtomobilini udan 091109, Nissan "Sunny" avtomobilini udan 091572 , Kia "Rio" avtomobilini udan 180435 və 187456 saylı biletlərin sahiblərini gözləyirlər.
Fəaliyyətində şəffaflığa xüsusi önəm verən "Azərlotereya" ASC-dən bildirdilər ki, bütün qaliblər haqqında müfəssəl məlumatlar, həmişə olduğu kimi geniş ictimaiyyətə çatdırılacaq. Son vaxtlar şirkətin həyata keçirdiyi bir sıra yenilikləri lotereya həvəskarları razılıqla qeyd edirlər. Əgər əvvəllər, "Azərlotereya" ASC-nin lotereya terminalları vasitəsi ilə yalnız "5/36" lotereyasının biletlərini əldə etmək mümkün idisə, artıq müasir terminallarda şirkətin keçirdiyi bütün ənənəvi lotereya oyun biletlərini bir neçə saniyə ərzində əldə etmək olar. Yeri gəlmişkən, böyük ehtimalla, lotereya həvəskarları üçün yeni orijinal bir layihə hazır olmaq ərəfəsindədir. Bununla belə, Cəfərov Samir Ağakərim oğlunun "5/36" lotereyasında udduğu 66 900 manat göstərdi ki, ənənəvi oyunlar hələ çox evə sevinc gətirəcəkdir. Belə ki, "Uğur" lotereyasında 63 000 manat məbləğində "Cek Pot"u, "Binqo"da 109.000 manatlıq "Super Binqo"nu və nəhayət, ilin uduş rekordunu qazanmağa əsas namizəd olan "Ailə Sevinci" lotereyasında 120 000 manat məbləğində "Meqa Pot"u yaddan çıxarmaq olmaz. 66 900 manat böyük puldur. Amma 120 000 manat daha sanballı məbləğdir və sizə belə uduşlar arzulayırıq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında