Masallının 52 kəndində mavi alov şölələnir

Bu günlərdə Masallı rayonunun Musaküçə kəndinə təbii qaz verilməsi bərpa olunmuşdur. Bununla da rayonun sayca 52-ci yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinləri kəndə təbii qazın verilməsi münasibətilə təbrik etdi, ölkə əhalisinin sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışdı. O qeyd etdi ki, son illərdə Masallı rayonu üzrə qaz istifadəçilərinin sayı artaraq 21750 abonentə çatmışdır. Artıq 52 kənddə mavi yanacaq şölələnir. Yaxın vaxtlarda rayonun Göyəçöl kəndində də işlər yekunlaşaraq təbii qazın verilişi həyata keçiriləcək. Eyni zamanda, Həsənli, Xırmandalı, Köçəkli və digər kəndlərdə də Dövlət Proqramına uyğun olaraq qaz xətlərinin çəkilişi davam etdirilir.
Kənd sakinləri, ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minətdarlıqlarını bildirib, ən xoş arzularını ifadə etdilər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırıldı və evlərə təbii qaz verilərək 580 abonentin çox mühüm ehtiyacı təmin olundu.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında