"Azərsu" ASC məsləhətçi şirkətlə müqavilə imzalamışdır

Azərbaycan Hökumətinin və Dünya Bankının birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində tikinti işlərinə məsləhət xidmətinin göstərilməsi üçün şirkətin cəlb edilməsi məqsədi ilə keçirilmiş tenderin qalibi Almaniyanın "p2mberlin GmbH" şirkəti olmuşdur.
Martın 29-da "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə alman şirkəti arasında məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır.
İmzalanma mərasimində "Azərsu" ASC sədrinin sərmayələr və marketinq üzrə müavini İlqar Tağıyev Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bu sahədə beynəlxalq təşkilatlar və xarici şirkətlərlə geniş əməkdaşlıq edildiyini bildirmişdir.
"p2mberlin GmbH" şirkətinin icraçı direktoru Heiko Bohnhorst rəhbərlik etdiyi şirkətin məsləhət xidmətləri sahəsində böyük təcrübəsinin olduğunu vurğulayaraq Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdən məmnun olduqlarını bildirmişdir.
Müqaviləyə əsasən məsləhətçi şirkət tikinti üzrə podrat təşkilatlarının işlərinə nəzarət edərək məsləhət xidmətləri göstərəcək. Layihələrin hazırlanması, qiymətləndirilməsi və icrasının düzgünlüyü, tenderlərin keçirilməsi, ödəniş və hesablaşma məsələlərində məsləhətçi şirkətin xidmətlərindən istifadə olunacaqdır.
Xatırladaq ki, "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında