Yeni Bakı Sərgi Mərkəzində 17-ci Beynəlxalq neft, qaz, neftayırma, neft kimyası, 9-cu Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgiləri açılmışdır

İyunun 1-də yeni Bakı Sərgi Mərkəzində Böyük Britaniyanın "İTE Group PLC" və onun Qafqazdakı tərəfdaşı "İteca Caspian" MMM şirkətlərinin təşkilatçılığı ilə regionun neft və qaz sahəsinin aparıcı tədbiri olan "Caspian Oil & Gas" 17-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi açılmışdır. Bir sıra sektorların yanaşı təmsil olunması ilə əlaqədar, həmçinin sərgi iştirakçılarının arzuları nəzərə alınaraq, bu tədbirlə "TransCaspian" 9-cu Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisinin keçirildiyi tarixlər eyni vaxta salınmışdır.
Hər iki sərgi paytaxt sakinlərinin və qonaqların böyük marağına səbəb olmuşdur. Bakı Sərgi Mərkəzinin qapıları açılan andan ziyarətçilərin ardı-arası kəsilmir. Onu da qeyd etmək lazımdır ki, təşkilatçılar bu mühüm tədbirə olduqca yüksək səviyyədə hazırlaşmışlar. Üç yerdə - Funikulyor, "Nəriman Nərimanov" metro stansiyası və Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanından sərgi mərkəzinə, həmçinin əks istiqamətə hər saatdan bir hərəkət edən pulsuz avtobus xidməti təşkil edilmişdir.
"Caspian Oil & Gas" sərgisində dünyanın 26 ölkəsindən 280 şirkət iştirak edir və bu təşkilatların əksəriyyəti Xəzər neft və qaz sərgisinin daimi iştirakçılarıdır. Sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 15 faiz artmışdır. Tanınmış şirkətlər arasında "bp", "İtochu", "OMV Gas İnternational GmbH", Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Statoil ASA", "Petkim Petrokimya Holding A.S.", "RWE DEA AG", "Saipem", "Total", "TRAO" və bir çox digər şirkətlər vardır. Böyük Britaniya, Çin və Rusiyanın milli qrupları da iştirakçılar arasındadır. Bu il ilk dəfə olaraq sərgidə Birləşmiş Ərəb Əmirliklərinin milli stendi də iştirak edir. Sərgi və müvafiq konfransın ardıcıl olaraq 17-ci dəfə keçirilməsi və ilbəil iştirakçıların sayının artması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının, beynəlxalq qurumlarla əlaqələrinin və səmərəli əməkdaşlığının daha da güclənməsinin, ən başlıcası isə dünyada artan nüfuzunun real nümunəsidir.
Yeni açılmış, yaraşıqlı Bakı Sərgi Mərkəzi də müxtəlif sahələrdə fəaliyyət göstərən dünya şöhrətli şirkətlərin Azərbaycana gəlməsinə töhfəsini verəcəkdir. "İTE Group PLC" şirkətinin icraçı direktoru Edvard Stroon demişdir ki, yeni sərgi mərkəzinin yaradılmasının məqsədlərindən biri dünyanın hər yerindən olan şirkətlərin diqqətini Bakıya cəlb etmək, kompleks xidmətlər göstərən ixtisaslaşmış sərgi mərkəzini təqdim etmək, ikincisi isə Bakının təkcə Azərbaycan üçün deyil, həm də bütün Xəzər regionu üçün ticarət və kommersiya mərkəzi kimi tarixi rolunu vurğulamaqdır. Biz Azərbaycan iqtisadiyyatı üçün yeni kommersiya imkanlarını təmin edəcək yeni layihələr həyata keçirməklə fəaliyyət göstərəcəyimizə ümid bəsləyirik.
"TransCaspian" 9-cu Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisində isə Azərbaycan, Böyük Britaniya, Almaniya, Ukrayna, Polşa, Rusiya, Türkiyə və Litvadan 43 şirkət iştirak edir və sərgi sahəsi ötən illə müqayisədə 20 faiz artmışdır. İlk dəfə iştirak edən şirkətlər iştirakçıların ümumi sayının 12 faizini təşkil edir. Özəl təşkilatlarla yanaşı, sərgidə ənənəvi olaraq Nəqliyyat Nazirliyi, "Azərbaycan Dəmir Yolları" QSC, Dövlət Xəzər Dəniz Gəmiçiliyi və s. strukturlar iştirak edirlər.
Hər iki sərgi iyunun 4-dək davam edəcəkdir.
Xatırladaq ki, 17-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi çərçivəsində iyunun 2-3-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında 400-dən çox nümayəndənin iştirakı ilə beynəlxalq konfrans da keçiriləcəkdir.

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında