Əli HƏSƏNOV: "Ayrı-ayrı dairələr və beynəlxalq qurumlar Azərbaycanla İran arasında münasibətləri pozmaq istəyirlər"

"Dəfələrlə bəyan etdiyimiz tezisi bir daha təkrar edirik: Azərbaycan dövlətinin ərazisindən İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç bir hərəkət olunmayıb, olmur və olmayacaq". APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəzi Qərb mətbuatı və yerli KİV-də İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirərkən demişdir. 
Ə.Həsənov bunu ayrı-ayrı dairələrin həyata keçirdiyi spekulyasiyalar adlandıraraq, məqsədin ara qarışdırmaq olduğunu bildirmişdir: "İstər ayrı-ayrı müxalifət dairələri, istər onlara məxsus KİV, istərsə də hansısa beynəlxalq qurumlar və onlara məxsus mətbuat İran ətrafında olan mövcud vəziyyətdən istifadə edərək Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, iki dövlət arasında münasibətləri pozmaq, düşmən vəziyyətə gətirmək istəyirlər. Bu məsələdə marağı olan ölkələr və dairələr var. Bu marağı olan ölkələrə və dairələrə birmənalı şəkildə bildiririk ki, onların niyyəti baş tutmayacaq, Azərbaycanla İran və digər qonşu dövlətlər - Ermənistan istisna olmaqla, münasibətləri korlamaq heç kimə nəsib olmayacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında