Kəmaləddin HEYDƏROV: "Muğanlıda yerləşən qəzalı evlərin sakinləri üçün yeni evlər tikiləcək"

"Təbii fəlakətlə əlaqədar sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin olunması üçün bütün lazımi işlər görüləcək". APA-nın məlumatına görə, bu sözləri Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlərlə görüş keçirən fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında demişdir. 
Nazir bildirmişdir ki, sürüşmə zonasına, eləcə də yaşayış üçün yararsız vəziyyətə düşən fərdi yaşayış evlərinə baxış keçirilmişdir: "Bura çox təhlükəlidir. Hər an xoşagəlməz hadisə baş verə bilər. Kənddə qəzalı vəziyyətdə olan 46 ev çox təhlükəli ərazidə yerləşir və onların bir neçəsi artıq dağılmışdır. Təcili köçürülmə işləri aparılacaq. Rayonun Meysəri kəndinə yaxın ərazidə yerləşən Muğanlı bələdiyyəsinə məxsus 55 hektar pay və bələdiyyə torpağında yeni evlərin tikilməsi mümkündür. Həmin əraziyə mütəxəssislərlə birgə baxış keçirdik. Əhalinin istəyi də nəzərə alınacaq. Geoloji-mühəndis işləri aparılacaq, ərazinin təhlükəsiz olub-olmaması müəyyən edildikdən sonra evlərin tikintisi üçün layihələndirmə işləri görüləcək. Ölkə başçısının tapşırığına əsasən, qısa müddətdə sakinlər yeni evlər, məktəb, tibb məntəqəsi və digər sosial obyektlərlə təmin olunacaqlar".
K.Heydərov qeyd etmişdir ki, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər və Nəqliyyat nazirliklərinin, Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri Ağsu aşırımına baxış keçirirlər və Ağsu aşırımının yalnız minik avtomobillərinin hərəkəti üçün açılmasına icazə verilməsi gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında