Misirin İsgəndəriyyə şəhərində "EgAz" jurnalının birinci nömrəsi çapdan çıxmışdır

Misirin İsgəndəriyyə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan ticarət təmsilçiliyi tərəfindən "EgAz" jurnalının ərəb dilində ilk nömrəsi çapdan çıxmışdır.
Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, milli bayramlarımız, xalq sənətimizdən bəhs edən müfəssəl məqalələr dərc edilmişdir.
Jurnalın ilk səhifəsində Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Misir-Azərbaycan ənənəvi dostluq əlaqələrini dirçəldən şəxsiyyət" adlı məqaləsi yer almışdır. Səfir məqalədə ulu öndərin həyat və fəaliyyətindən geniş bəhs edir.
Jurnalda Ş.Abdullayevin http://az.wikipedia.org/wiki/ 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi qətliamla bağlı məqaləsi də dərc olunmuşdur.
"EgAz" jurnalının ilk nömrəsi 1992-ci il fevralın 26-da erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımına həsr olunmuşdur. Ölkəmizin Misirdəki səfirliyinin bu faciə ilə bağlı Ayn Şəms Universitetində keçirdiyi tədbir, "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı məqalə jurnalın səhifələrində öz əksini tapmışdır.
Jurnalda, həmçinin Azərbaycanın siyasi və iqtisadi həyatına geniş yer verən məqalələr də vardır. Fələstin Prezidenti Mahmud Abbasın ötən ilin iyununda ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyev ilə görüşü və Bakıda Fələstin səfirliyinin açılmasında iştirakından bəhs edən məqalədə Azərbaycanın sülh danışıqlarında bu ölkəni daim dəstəklədiyi vurğulanmışdır.
Jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda dövlətimizin başçısının nitqinin tam mətni də öz əksini tapmışdır.
Jurnalın baş redaktoru tanınmış jurnalist Farid El Qabali "Qədim xalq" adlı məqaləsində Azərbaycan və Misir xalqları arasında tarixi bağlılığın olduğunu diqqətə çatdırmışdır. Azərbaycan ərazilərinin işğala məruz qaldığını bildirən müəllif Misirin ölkəmizin haqlı mövqeyini hər zaman tam dəstəkləyəcəyini vurğulamışdır.
Jurnalda, həmçinin Azərbaycanın mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, xüsusilə də "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi ilə bağlı məqalələr yer almışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında