Kövrək ünvanda bayram sədası

"Ulu öndər Heydər Əliyev özünün bütün ictimai-siyasi fəaliyyəti dövründə hamıya qayğı və diqqətlə yanaşsa da, uşaqların sağlam və intellektual səviyyədə böyüməsi məsələsini daha çox gündəlikdə saxlamışdır. Elə bir bayram və ya əlamətdar gün ola bilməzdi ki, ümummilli lider uşaqlarla görüşməsin, onların sevincinə şərik çıxmasın.
Böyük dövlət xadimi dönə-dönə tapşırırdı ki, internat məktəblərində və uşaq evlərində təlim-tərbiyə alan körpə və yeniyetmələrin taleyinə biganə qalmaq qətiyyən mümkün deyil. Bu, təkcə dövlətin deyil, eləcə də hər bir azərbaycanlının borcudur. Biz əminik ki, bu gün ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu ilə yanaşı, ayrı-ayrı iş adamları, sahibkarlar və xeyriyyəçilər də paytaxtdakı uşaq evlərini bütün bayramlarda yada salır, bizim körpələrin sevincli anlar yaşamasını təmin edirlər. Elə bu gün məktəbimizin qonağı olan çoxsaylı ziyalılar, mədəniyyət və incəsənət adamları, mətbuat təmsilçiləri də qayğıya ehtiyacı olan körpələrə bayram sevinci bəxş edirlər".
Bu fikirlər Xətai rayonundakı 3 saylı uşaq evində keçirilən Novruz şənliyində səsləndirildi. Məktəbin direktoru Məhbubə Hüseynova qeyd etdi ki, bu təhsil müəssisəsində keçirilən növbəti bayram başqa məsələ ilə də əlamətdardır. Belə ki, bu il arıq 20-ci ildir ki, tanınmış xeyriyyəçi Hacı Fərhad Mirzə Novruzu uşaq evinin kövrək sakinləri ilə birlikdə qarşılayır. Məktəb kolleklivi, şagirdlərimiz və çoxsaylı qonaqlarımız üçün açılan zəngin bayram süfrəsinin bütün xərclərini bu il də Hacı Fərhad Mirzə ödəmişdir. Onun məktəbimizin təmirinə, bəzi təchizat işlərinə, bayramların təşkil edilməsinə, uşaqların sünnət olunmasına göstərdiyi qayğı və diqqət nümunə kimi qəbul edilir. Artıq bir neçə ildir ki, başqa xeyriyyəçilər də bizim daimi himayədarımıza çevrilirlər.
"Zirvə" Ziyalılar Təşkilatının sədri, rəssam Minayə Dəyanət, Əməkdar artist Eldost Bayram, şairə Nurəngiz Gün, "Zəka və ülviyyət" beynəlxalq ictimai-elmi jurnalının baş redaktoru Elmira Nüsrətqızı, tanınmış aktyor və müğənnilər, müxtəlif musiqi müsabiqələrinin qalibləri və məktəbin müəllimləri çıxış edərək bu qəbildən olan günlərin uşaq evlərinin sakinləri ilə birlikdə keçirilməsinin əhəmiyyətindən söz açdılar.
Körpələr folklor nümunələrindən ibarət musiqili kompozisiya göstərdilər, mahnı oxudular, rəqs etdilər, Hacı Fərhad Mirzənin Vətən, ana, dövlət, əsgər, məktəb, müəllim və uşaqlar barədə kəlamlarını səsləndirdilər. Hacı Fərhad Mirzə isə öz çıxışında əmin olduğunu bildirdi ki, bu gün bu məktəbdə təlim-tərbiyə alan uşaqların 10 ildən, 15 ildən sonra dövlət və cəmiyyət üçün gərəkli vətəndaş kimi yetişəcəyi tamamilə şəksizdir: "Hətta, onların arasında Azərbaycanın bayrağını ucaldan, dövlətimizin adını göylərə qaldıran insanlar da olacaq. Ona görə də, bu körpələrə qayğı hər bir insanın borcudur".
Musiqili, sazlı-sözlü tədbirin sonunda "Zirvə" Ziyalılar Təşkilatının müxtəlif nominasiyalar üzrə təsis etdiyi diplomlar öz sahiblərinə təqdim edildi. Yazıçı-filosof Hacı Fərhad Mirzə də diploma layiq görülənlərin arasında idi.

{nl}

Natəvan İSMAYILLI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında