Dünyada Azərbaycana aid olan bütün əlyazmaların surətləri ölkəmizə gətiriləcək

Əlyazmalar İnstitutu Azərbaycan əlyazmalarını vahid mərkəzdə toplayacaq

{nl}


Xarici ölkələrdəki əlyazma kataloqlarında Azərbaycana aid 12 min əlyazma var. Amma bu, xarici ölkələrdə Azərbaycanla bağlı olan əlyazmaların çox az hissəsidir. Xarici ölkələrdəki əlyazmalar bundan qat-qat çoxdur.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi Paşa Kərimov məlumat vermişdir.
Onun sözlərinə görə, Azərbaycanla bağlı daha çox əlyazma İran və Türkiyədədir. Amma dünyanın elə bir Şərq əlyazması kitabxanası yoxdur ki, orada Azərbaycan əlyazmaları olmasın: "Əfqanıstan, Pakistan, Hindistan əlyazmalarını bütünlüklə, İran isə böyük hissəsini kataloqlaşdırmayıb. Bu səbəbdən də biz bu əlyazmaların dəqiq sayını deyə bilmirik".
P. Kərimov bildirmişdir ki, Əlyazmalar İnstitutu bütün dünyada olan Azərbaycan əlyazmalarını vahid mərkəzdə toplayacaq: "Belə bir təklif Ərəb Liqası tərəfindən də edilib. Onlar ərəb əlyazmalarının surətlərini bir mərkəzdə toplayırlar. Biz də dünyada olan Azərbaycan əlyazmalarının surətlərinin ölkəyə gətirilməsi işini həyata keçirəcəyik. Artıq bununla bağlı institutda ayrıca bölmə yaradılmışdır".

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında