Bakı qəsəbələrinin içməli su təchizatı yaxşılaşdırılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakıətrafı yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Tədbirlər planı çərçivəsində bu yaxınlarda paytaxtın Sabunçu rayonunun 2-ci Zabrat yaşayış masssivinə yeni magistral su xəttinin çəkilişinə başlanılmışdır.
Layihəyə əsasən, Sabunçu dairəsindən keçən 1200 millimetr diametrli magistral su kəmərindən Zabrat qəsəbəsinə 5,6 kilometr uzunluğunda, 500 millimetr diametrli polietilen borularla çəkilən su xətti qəsəbədaxili şəbəkəyə birləşdiriləcək. Yay mövsümündə içməli suyun normal ötürülməsini təmin etmək məqsədilə su xəttinin üzərində iki ədəd nasosxananın tikintisi də nəzərdə tutulur.
Magistral su xəttinin keçdiyi marşrut boyunca yerləşən yaşayış məntəqələrinə içməli su bu mənbədən paylanacaq. Bu məqsədlə magistral su xəttinə paralel 200 millimetr diametrli əlavə su kəməri də çəkiləcək. Tədbirlər planına uyğun olaraq tikinti işləri may ayına qədər başa çatdırılacaq. Bununla da, 10 mindən çox sakinin içməli su ilə təminatı əsaslı şəkildə yaxşılaşacaq.
Xatırladaq ki, hazırda Zabrat qəsəbəsinə içməli suyun verildiyi 500 millimetr diametrli metal boru xətti köhnəldiyindən və korroziyaya uğradığından istismar tələblərinə cavab vermir. Bunun da nəticəsində qəsəbənin içməli su təchizatında problemlər yaranır. Yeni kəmər istifadəyə verildikdən sonra istismar müddətini başa vurmuş köhnə su xətti ləğv ediləcək.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında