Turizm fəaliyyəti ilə məşğul olan müəssisənin əməkdaşının qanunsuz əməlləri ifşa olunmuşdur

"Qlobal" Məhdud Məsuliyyətli Müəssisənin marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Aynurə Quliyevanın qanunsuz hərəkətləri barədə Bakı şəhər sakini Elnarə İsmayılovanın Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciəti üzrə araşdırma aparılmışdır.
Araşdırma zamanı müəyyən edilmişdir ki, Aynurə Quliyeva Elnarə İsmayılovaya "Şengen" vizasının əldə edilməsi üçün 2200 manat tələb olunduğunu bildirmiş, həmin pulun 1800 manatını sonuncudan almaqla onun adına iş yeri, bankda hesabın olması barədə saxta arayışlar hazırlamış və həmin sənədləri ölkəmizdə fəaliyyət göstərən xarici dövlətin səfirliyinə təqdim etmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdır, istintaq aparılır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında