Stepan Şaumyanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı yeni faktlar təqdim ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı hazırladığı sənədlər toplusunun bu həftə təqdimatı keçiriləcək.
Bu barədə Trend-ə AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov məlumat vermişdir. O, qeyd etmişdir ki, Tarix İnstitutunun dörd cilddə hazırladığı sənədlərdə ermənilərin törətdiyi cinayət faktları toplanmışdır.
Sənədlər tək Azərbaycandan deyil, bir sıra ölkələrdən də əldə olunmuşdur. Həmin sənədlərdə Bakı Quberniyasında Stepan Şaumyanın başçılıq etdiyi quldur dəstəsinin törətdiyi soyqırımla yanaşı, ermənilərin Azərbaycanın digər ərazilərində də törətdiyi vəhşiliklər əksini tapmışdır.
Soyqırım sənədlərinin toplanıb istintaqa təqdim olunması üçün AMEA-nın Tarix İnstitutu ilə Baş Prokurorluq tərəfindən 2010-cu ilin may ayında birgə elmi istintaq araşdırma qrupu yaradılmışdır.
Qeyd edək ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdur. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlanmışdır. Qısa bir müddətdə ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirilmişdir.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail olmuşlar. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuşdur. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlanmışdır. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılmışdır. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında