Milli Məclisin sədri Oqtay Əsədovun Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami ilə görüşündə iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Qazaxıstan parlamenti mətbuat xidmətinin məlumatına görə, MDB Parlamentlərarası Assambleyasının (PA) 20 illiyi ilə əlaqədar yubiley tədbirlərində iştirak etmək üçün Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ölkə parlamenti Senatının sədri Kayrat Mami ilə görüşmüşdür. 
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin, həmçinin parlamentlərarası əməkdaşlığın dinamik inkişaf etdiyi bildirilmişdir.
Kayrat Mami Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırmış, beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı fəaliyyətin tərəfdarı olduğunu bildirmişdir.
Kayrat Mami bu ilin ikinci yarısında Azərbaycana səfərə gələcəyini də bildirmişdir.
Oqtay Əsədov BMT Təhlükəsizlik Şurasına seçilərkən Azərbaycana verdiyi dəstəyə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirmiş, ölkəmizin BMT çərçivəsində Qazaxıstanın bütün təşəbbüslərini müdafiə etməyə hazır olduğunu bildirmişdir.
Kayrat Mami Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matvienko, Tacikistan parlamentinin sədri Şukurjon Zuxurov, Qırğızıstan parlamenti-Joqorku Keneşin sədri Asılbek Jeenbekov ilə də görüşmüşdür.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Almatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında