"AtaBank" kimsəsiz uşaqları sevindirdi

"AtaBank" ASC-nin dəstəyilə "Xəmsə" şadlıq sarayında valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil olundu. Novruz şənliyində valideyn himayəsindən məhrum olan 300-dən artıq kimsəsiz uşaq iştirak etdi. Şən klounların, Kosanın əyləncəli oyunları, viktorinalar hər bir uşağın ürəyincə oldu. 
"AtaBank" ASC İdarə Heyətinin sədr müavini Müseyib Əliyev bildirdi ki, hər bir təşkilat və şəxs imkanı daxilində təhsil, idman və mədəniyyət kimi sahələrə dəstək göstərməlidir. Eyni zamanda, qayğı və köməyə ehtiyacı olan uşaqlarımızın və gənclərimizin inkişafı yaddan çıxmamalıdır.
"AtaBank" ASC mütəmadi şəkildə bu istiqamətlərdə tədbirlər həyata keçirir, xüsusilə, valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqları daim diqqət mərkəzində saxlayırıq. Hər kəs kimi, Novruz bayramını qeyd etmək belə uşaqların da haqqıdır. Bu uşaqlar hər birimizin balalarıdır. Onların sevindiyini gördükdə biz özümüzü xoşbəxt hiss edirik. Elə bugünkü Novruz şənliyini keçirməkdə də məqsədimiz uşaqların mənalı istirahətini, onları bir araya gətirərək kollektivdə özünü aparmaq bacarıqlarını inkişaf etdirmək və şəxsi qabiliyyətlərini üzə çıxartmaqdır
Xatırladaq ki, "AtaBank" ASC 1993-cü ildən fəaliyyət göstərir. Fevral ayının sonuna bankın filial və şöbələrinin sayı 24 olmuşdur. 2011-ci ilin yekunlarına əsasən bankın xalis aktivləri 231,1 milyon manat, kredit portfeli 146,7 milyon manat, müddətli depozit portfeli isə 163,1 milyon manat təşkil etmişdir.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında