Qaçaqmalçılar ifşa olunmuşlar

İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmiş, qaçaqmalçılardan ümumilikdə 9 kiloqram 700 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür.
MTN-in ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşları - Rəhimov Malik Yelmar oğlu, Heydərov Soltan Əhməd oğlu, Alışov İlqar Həmdulla oğlu, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Əziz adlı vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq İran İslam Respublikası ərazisində satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İrandan Azərbaycana gətirmişlər. Qrupun üzvləri yaxalanmış, onlardan 2 kiloqram 600 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.
MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Kərimov Elməddin Şəmsəddin oğlu və Quliyev Elxan Qulu oğlu saxlanılmışlar. Belə ki, Elməddin Kərimov, Elxan Quliyev və qeyriləri qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İrandan Azərbaycana gətirmişlər.
Müəyyən edilmişdir ki, Elməddin Kərimov, Elxan Quliyev, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının Cəfər və Əziz adlı vətəndaşları arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən, sonuncular külli miqdarda narkotik vasitəni İranda satış məqsədilə qanunsuz olaraq əldə etmiş, qaçaq yolla Füzuli rayonu istiqamətindən İrandan Azərbaycana gətirmiş və Arayatılı kəndi yaxınlığında Elxan Quliyevə təhvil vermişlər. Elxan Quliyevin yaşadığı Füzuli rayonunun Arayatılı kəndində yerləşən evinə keçirilmiş baxış zamanı 1 kiloqram 200 qramdan artıq heroin, 2 kiloqram 901,1 qram tiryək və 1 kiloqrama yaxın həşiş qətranı aşkar edilərək götürülmüşdür.
MTN-in həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Quliyev Yusif Rüfət oğlu, Feyziyev Zəfər Ağamirzə oğlu və Zeynalov Sədirədin Həmit oğlu saxlanılmışlar. Yusif Quliyevlə Sədirədin Zeynalov Abşeron rayonunun Aşağı Güzdək kəndinin yaxınlığında Zəfər Feyziyevdən narkotik vasitəni alarkən cinayət başında yaxalanmışlar. Keçirilmiş baxış zamanı qrupa məxsus təxminən 2 kiloqram heroin aşkar olunaraq götürülmüşdür.
Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında