Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə Astara rayon sakinlərinin müraciəti

Möhtərəm cənab Prezident!
Biz, Astara rayonunun sakinləri martın 13-də həyatımızın ən xoş və unudulmaz anlarını yaşadıq. Novruz bayramı ərəfəsində Sizin Astaraya növbəti səfəriniz bizim bayram sevincimizi ikiqat artırdı. Fəxr və qürur hissi duyduq ki, Siz yenə bizim Astarada oldunuz, bizimlə görüşdünüz, rayonumuz üçün çox vacib olan obyektlərin açılışında iştirak etdiniz. Bu, Sizin Astaraya beşinci səfəriniz idi. Hər gəlişiniz qəlbimizdə xoş və sevinc dolu duyğular oyatmışdır. Bu səfəriniz də Astarada mühüm dəyişikliklərlə yadda qaldı. Yeni obyektlərin açılışının şahidi olduq. Bu tarixi səfərin hər bir anını böyük fəxrlə xatırlayaraq, Sizin Astara və astaralılar haqqında dediyiniz ürəkaçan sözlərə görə hədsiz sevinc hissi keçirir, verdiyiniz tapşırıq və tövsiyələri fəaliyyət proqramı kimi qəbul edirik. "Mən dəfələrlə Astarada olmuşam. Hər dəfə rayonda, şəhərdə olarkən yeniliklər görəndə çox sevinirəm. Astara gözəlləşir, müasir gözəl şəhərə çevrilir" kəlamınız astaralılara olan böyük məhəbbət və inamınızın ifadəsidir.
Möhtərəm cənab Prezident!
Siz rayonumuzda səfərdə olarkən Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının inzibati binasının, Olimpiya İdman Kompleksinin, əsaslı təmir olunub yenidən qurulmuş rayon Mərkəzi xəstəxanasının, Kijəbə-Ojəkəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak etdiniz, görüşlər keçirdiniz. Rayonumuz üçün mühüm əhəmiyyət kəsb edən bu obyektlər Novruz bayramı ərəfəsində biz astaralılara ən gözəl bayram hədiyyəsi oldu.
İndi Astarada idmanın inkişafı, əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, kəndlərə rahat yollarla gediş-gəlişin təmin edilməsi üçün hər cür şərait yaradılmışdır. Gənclərimiz, idmançılarımız yaradılan imkanlardan istifadə edərək sağlam həyat tərzi keçirəcək, yeni idman nailiyyətləri qazanacaq, insanlarımız başqa yerlərə getmədən rayonumuzda müasir səviyyədə müalicə alacaqlar.
Çox hörmətli cənab Prezident!
Sizin Astaraya və astaralılara yüksək diqqət və qayğınızı bu il martın 15-də imzaladığınız sərəncam bir daha aydın göstərdi. Rayonumuzda sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı əlavə tədbirlərlə əlaqədar 2,0 (iki) milyon manat vəsait ayırmağınız tikinti, yenidənqurma və abadlıq işlərinin aparılmasına geniş imkan yaradacaqdır. Sizin qayğınıza, tapşırıq və tövsiyələrinizə cavab olaraq rayonumuzun sosial-iqtisadi cəhətdən daha da inkişafı, Astaranın yeniləşməsi, müasirləşməsi, bundan sonra da abad və yaraşıqlı bir məkana çevrilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Əmin ola bilərsiniz ki, söylədiklərimiz reallıqda tam həllini tapacaqdır. Biz həmişə Sizin müdrik fəaliyyətinizi, apardığınız siyasəti dəstəkləyəcək, Sizinlə birlikdə olacağıq.
Möhtərəm cənab Prezident!
Rayonumuzun ağsaqqalları, ziyalıları, gəncləri və bütün sakinləri həyata keçirdiyiniz uğurlu sosial-iqtisadi siyasətinizi ürəkdən bəyənir, regionların sosial-iqtisadi inkişafına yönəlmiş proqramların icrasını Sizin hər bir rayonun, qəsəbənin və kəndin insanlarına olan ən yüksək qayğı və diqqətin nümunəsi kimi qiymətləndirirlər. Buna görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, Sizi bir daha əmin edirik ki, müstəqil Azərbaycanımızın tərəqqisi naminə apardığınız bütün işlərdə ən yaxın köməkçiləriniz olacağıq. Sizə bu şərəfli, çətin və məsuliyyətli işinizdə yeni-yeni uğurlar diləyirik.
Allah köməyiniz olsun!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında