Əməkdaşlıq məsələləri müzakirə edildi

Azərbaycan Turizm İnstitutunda Almaniyanın GİZ (Beynəlxalq Əməkdaşlıq Təşkilatı)cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Turizm İnstitutunun rektoru, professor C. Cəfərov, institutun tədris işləri üzrə prorektoru E. Aslanov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ş.Əhmədova iştirak ediblər. 
ATİ-nin rektoru C. Cəfərov qonaqlara institutun 6 illik fəaliyyəti və strateji məqsədləri haqqında məlumat verib. Azərbaycana qısa müddətli səfərə gələn Almaniyanın GİZ cəmiyyətinin əmək bazarı, özəl sektorun inkişafı və peşə təlimlərinin təşkili üzrə eksperti Evald Qold səmimi qarşılandıqları üçün həm öz adından, həm də rəhbərlik etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirib. Ölkəmizə, o cümlədən bu təhsil ocağına gəlişinin məqsədini açıqlayıb. E. Qolda dəyirimi masa ətrafında bildirib ki, 2012-ci ildən GİZ cəmiyyətinin fəaliyyətində peşə təhsili ilə bağlı yeniliklər öz əksini tapıb. İnstitutun nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasına rəğmən, Azərbaycanda, xüsusilə ölkənin səciyyəvi regionlarında bu sahə üzrə tələbat dinamikasını şərtləndirən məlumatlar toplamaq niyyətindədir.
Görüşdə Azərbaycan Turizm İnstitutu və GİZ arasında mümkün əməkdaşlıq yolları başlıca müzakirə predmeti olub.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında