Leonard Eyler medalı Azərbaycana da gəldi

Tarixi şəxsiyyətləri, xüsusən, görkəmli alimləri oxucuya təqdim edən ensiklopediyalarda adətən bu qəbildən olan ifadələrlə rastlaşırıq: "görkəmli ingilis fiziki", "qüdrətli türk sərkərdəsi", "dahi alman filosofu", "böyük Azərbaycan yazıçısı" və sairə. Ancaq elə tarixi şəxsiyyətlər var ki, onları bir xalqın və ya bir ölkənin adı ilə bağlamaq mümkün olmur. Məsələn, 18-ci əsrin böyük alimi Leonard Eyler kimi. Bu alimi dünya oxucusuna təqdim edən mənbələr birbən-birə üç xalqın və ölkənin adını çəkirlər: "Riyaziyyatın, mexanikanın, fizikanın və bir sıra digər tətbiqi elmlərin inkişafına xüsusi töhfələr vermiş İsveçrə, Almaniya və Rusiya alimi".
Eyler riyazi analiz, differensial həndəsə, sayların nəzəriyyəsi, fəza mexanikası, riyazi fizika, optika, ballistika, gəmiqayırıma, musiqi nəzəriyyəsi və başqa sahələrdə 800-dən çox elmi işin müəllifidir. Onun adının üç ölkənin adı ilə əlaqəli verilməsi də təsadüfi deyil. Çünki Eyler 1707-ci ildə Bazeldə (İsveçrə) dünyaya gəlmiş, 20 yaşında Rusiyaya dəvət olunmuş, 14 il orada işləyəndən sonra Berlinə (Almaniya) dəvət edilmiş, 1766-cı ildə yenidən Sankt-Peterburq Akademiyasına qayıtmışdır. Əsərlərinin əksəriyyətini, xüsusən, dərslikləri rusca yazmışdır.
SSRİ dövründə o qədər də təbliğ olunmayan Leonard Eylerin yaradıcılığı ötən əsrin 90-cı illərindən sonra dərindən öyrənilmişdir. Rusiya Elmlər Akademiyası 1991-ci ildə riyaziyyat və fizika sahəsində görkəmli nailiyyətləri olan alimləri təltif etmək üçün "Leonard Eyler adına qızıl medal" təsis etmişdir. Maraqlıdır ki, geridə qalan 20 ildə bu medalla təxminən 10 alim təltif olunmuşdur.
Son zamanlar isə Avropa Təbiyyat Elmləri Akademiyası bu görkəmli alimin adına medal təsis etmişdir. Mənzil-qərargahı Almaniyanın Hannover şəhərində olan ATEA qeyd olunan medalla təkcə riyaziyyat və fizika sahəsində çalışan alimləri deyil, eləcə də yaradıcılığı bəşəri xarakter kəsb edən ziyalıları təltif edir. Çünki Eyler təkcə mənsub olduğu İsveçrəyə deyil, bütün dünyaya xidmət etmişdir.
Bizim üçün maraqlı və sevindirici olan məqam ondan ibarətdir ki, Avropa Təbiyyat Elmləri Akademiyasının Leonard Eyler medalına layiq gördüyü ziyalılar arasında həmin akademiya da daxil olmaqla dörd beynəlxalq akademiyanın akademiki, yazıçı-filosof, müasir kəlam məktəbinin banisi Hacı Fərhad Mirzə də var.
Akademiyanın Təltiflər Şurasının təqdimatında göstərilir ki, dünya fəlsəfi fikrinə verdiyi töhfələrə və elmi tədqiqatlar sahəsində səmərəli fəaliyyətinə, eləcə də, bədii-fəlsəfi yaradıcılığındakı uğurlu nəticələrinə görə kəlamları dörd dildə dünya oxucuları tərəfindən böyük ehtiramla qarşılanan Hacı Fərhad Mirzə "Leonard Eyler medalı" ilə təltif olunur.
Xatırladaq ki, Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabı Azərbaycandan sonra Ankarada türkcə, Moskvada rusca və Berlində ingiliscə işıq üzü görmüş, dünyanın bir sıra beynəlxalq kitab sərgilərində uğurla nümayiş etdirilmişdir. Kitabın almanca işıq üzü görməsi üçün işlər davam etdirilir. Ən maraqlı cəhətlərdən biri də odur ki, "Kəlamlar"ın ingiliscə olan variantında göstərilir ki, bu kitab ali məktəb tələbələri üçün dərslik xarakteri daşıyır. Soydaşımıza uğurlar arzulayırıq.

{nl}

Səlahəddin MEHDİ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında