Siyəzən sürətlə dəyişir, gözəlləşir

Hətta yaşlı sakinlər belə təsdiqləyirlər ki, heç vaxt Siyəzəndə indiki kimi tikinti-quruculuq, yaşıllaşdırma-abadlıq işləri görülməyib. Bu ab-hava təkcə Siyəzən şəhərində yox, rayonun bütün yaşayış məntəqələrində hiss olunur. Siyəzən rayonu bu gün bir tikinti meydançasını xatırladır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçən il avqustun 15-də Siyəzəndə olarkən Heydər Əliyev Mərkəzinin açılışından sonra rayon ictimaiyyəti nümayəndələri ilə görüşərkən demişdir: "Siyəzən rayonunun inkişafı ilə bağlı mənə indi kiçik təqdimat verilmişdir. Mən bu planları dəstəkləyirəm, bəyənirəm. Çox şadam ki, yeni rəhbərlik qısa müddət ərzində rayonun hərtərəfli inkişafı üçün artıq konkret təkliflər hazırlamışdır. Güman edirəm ki, qısa müddət - bir neçə il ərzində Siyəzən rayonunun və rayon mərkəzinin siması tamamilə dəyişdiriləcəkdir. Yəni, Siyəzən müasir, gözəl rayon mərkəzinə çevriləcəkdir. Əlbəttə ki, kəndlərdə də bütün quruculuq, abadlıq işləri aparılmalıdır".
Dövlət başçısının bu tövsiyə və göstərişləri öz nəticəsini göstərdi. Rayon mərkəzində, kənd və qəsəbələrdə böyük əzm və qətiyyətlə tikinti-quruculuq, abadlıq işlərinə təkan verildi. Bu gün rayonda geniş infrastruktur layihələri həyata keçirilir. Rayon mərkəzində köhnə binaların dam örtükləri dəyişdirilir, fasadlarına üzlük daşlar çəkilir, rənglənir, küçə və prospektlər genişləndirilir, asfaltlanır, işıqlandırma sistemi yenidən qurulur, köhnə işıq dirəkləri müasirləri ilə əvəz olunur. Piyada yollarına, səkilərə, park və bağlardakı meydançalara rəngli tamet daşlar döşənir, qeyri-qanuni şəkildə tikilmiş, şəhərin görünüşünə xələl gətirən obyektlər, ticarət köşkləri sökülərək, ərazi abadlaşdırılır, uşaqlar üçün istirahət və əyləncə yerləri yaradılır. Hazırda şəhərdaxili su, kanalizasiya sistemləri yenidən qurulur.
Bu işlər paralel şəkildə rayonun kənd və qəsəbələrində də görülür. İllər boyu su üzünə həsrət qalan Eynibulaq kəndinə su kəməri çəkilmişdir. Rayonun Gilgilçay və Hökmulla Talıbov qəsəbələrinin də siması sürətlə dəyişir. Gilgilçay qəsəbəsində müasir tələblərə cavab verən orta məktəb binası və idman kompleksi tikilir. Eləcə də Siyəzən Meşrif və Eynibulaq kəndlərində orta məktəb binaları tikilib istifadəyə verilmişdir.
Rayonda təmizlik və yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilir. Siyəzən şəhərinin şimal tərəfdən girişindəki geniş şoran ərazi təmizlənib orada 500 min ədəd çinar, küknar, vələs və söyüd ağacları əkilmişdir. Bütün bu işlər rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun bilavasitə təşəbbüsü və nəzarəti ilə görülür. Rayon sakinləri icra başçısını sözünün sahibi kimi tanıyırlar, onun qayğı və diqqətindən razılıq edirlər. Arif müəllim rayon sakinlərini əmin edir ki, yaxın iki-üç ildə Siyəzənin siması tanınmaz dərəcədə dəyişəcək və respublikanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.

{nl}

Sərxan MƏMMƏDOV, Azad İstehlakçılar Birliyinin nümayəndəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında