Astara: qarşıda daha möhtəşəm vəzifələr durur

Bu günlərdə Astara Rayon İcra Hakimiyyətinin akt zalında idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin martın 13-də rayona növbəti səfərinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. 
İcra hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət başçısının Prezident kimi rayona sayca beşinci olan tarixi səfərinin təfərrüatları barədə iştirakçıları məlumatlandırdı. O qeyd etdi ki, cənab Prezidentin rayon üçün mühüm əhəmiyyət kəsb edən Olimpiya İdman Kompleksinin, əsaslı təmir edilərək yenidən qurulmuş mərkəzi xəstəxananın, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının açılışlarında, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə yolunun istismara verilməsində iştirakı astaralılara ən gözəl bayram hədiyəsi olmuşdur. Möhtərəm Prezidentin Astara və astaralılar haqqında dediyi xoş sözlər bizi hədsiz sevindirir və rayonumuzun daha da inkişaf edərək çiçəklənməsi üçün səylə çalışmağa ruhlandırır. Son dərəcə fərəhli haldır ki, səfərdən dərhal sonra dövlət başçısının sərəncamı ilə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan rayona 2 milyon manat məbləğində vəsait ayrılmışdır. Prezidentin bu sərəncamı Astarada görülən işlərə yüksək qiymət verildiyini və astaralılara olan ən yüksək səviyyədə böyük qayğı göstərildiyini bir daha sübut edir. Astaralılar bu yüksək etimadı layiqincə doğrultmalıdırlar.
Müşavirədə rayon təhsil şöbəsinin müdiri Qizbəs Məmmədova, mərkəzi xəstəxanasının baş həkimi Emin Hüseyn, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Kijəbə qəsəbəsi üzrə icra nümayəndəsi Rəfail Babayev çıxış edərək cənab Prezidentə bu böyük diqqət və qayğıya görə minnətdarlıq duyğularını ifadə etmiş, cənab Prezidentin rayonda görüşlər zamanı qarşıya qoyduğu vəzifələrin icrasını yüksək səviyyədə təmin edəcəklərini vurğuladılar.
Sonda rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında