Azərbaycanla NATO arasında keçmiş Sovet Ordusunun Cənubi Qafqazda ən böyük poliqonunun minadan təmizlənməsinə dair müqavilə imzalanmışdır

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və NATO-nun Maddi-Texniki Təchizat Agentliyi (NAMSA) arasında "Ceyrançöl" layihəsində əməkdaşlığa dair müqavilə imzalanıb.
Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.
Müqaviləyə uyğun olaraq NAMSA layihənin ümumi məbləğinin 50 faizini maliyyələşdirəcək. Maliyyələşmənin qalan 50 faizini isə Azərbaycan hökuməti tərəfindən təmin olunacaq.
Layihə üzrə hazırlıq işlərinə martın 26-dan start verilməsi nəzərdə tutulur.
Ümumilikdə əməliyyatlara ANAMA-nın 45 nəfərə yaxın heyəti və 1 ədəd mexaniki minatəmizləmə maşınının cəlb olunması gözlənilir.
Qeyd edək ki, Gürcüstanla sərhəddə yerləşən Ceyrançöl ərazisində keçmiş Sovet Ordusunun Cənubi Qafqazda ən böyük poliqonu yerləşib. Ümumi sahəsi 64 milyon kvadratmetrdən artıq olan ərazidə müxtəlif çaplı döyüş sursatlarına və minalara rast gəlinir. Ərazinin bir qismi Dövlət Sərhəd Xidmətinin sifarişi əsasında təmizlənir. Ceyrançöldə təmizləməyə açılacaq 19 milyon kvadratmetr ərazinin 7 milyon kvadratmetri minalı, 12 milyon kvadratmetri isə döyüş sursatları ilə çirklənmiş ərazidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında