İmkansız ailələrə Novruz sovqatı

Səbail rayonunda Novruz bayramı münasibətilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər aztəminatlı ailələr üçün ərzaq bağlamaları hazırlamışlar.
Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Səbail rayon şöbəsində təşkil olunmuş mərasimdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev iştirakçıları salamlayaraq onları Novruz bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulamışdır. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək bildirmişdir ki, iki gün əvvəl rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağı olmuşlar. Onlar hərbçilərin bayramlarını təbrik edərək özləri ilə apardıqları bayram hədiyyələrini təqdim etmiş, böyük konsert proqramı təşkil etmişlər.
Əziz bayram ərəfəsində isə rayonun idarə, təşkilat, müəssisə və iş adamlarının, bələdiyyələrin vəsaiti hesabına təşkil olunmuş ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan 3000-dən çox ailəyə təqdim olunmuşdur.
Tədbirdə çıxış edən ictimai qurumların rəhbərləri, məcburi köçkünlərin nümayəndələri Novruz bayramının ölkəmizdə təntənə ilə keçirilməsinə, göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Novruz bayramı münasibəti ilə rayonun Badamdar və Bibiheybət qəsəbələrində incəsənət işçilərinin iştirakı ilə əyləncəli bayram tədbirlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında