Daha bir qrup vətəndaşın müraciəti obyektiv şəkildə araşdırılmışdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən vətəndaş müraciətlərinin onların şəxsən iştirakı ilə araşdırılması tədbirləri davam etdirilir.
Martın 17-də ƏƏSMN-də nazir Füzuli Ələkbərov daha bir qrup vətəndaş ilə görüşmüşdür.
Görüşdə vətəndaşların müraciətləri yerində və onların şəxsən iştirakı ilə araşdırılmışdır. Araşdırmalar nəticəsində əsassız şikayət ərizələri ilə yanaşı, haqlı narazılıqların olduğu da müəyyən edilmişdir.
F.Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların ciddi şəkildə araşdırılması, vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi üçün tapşırıqlar vermişdir.
Vətəndaşların müraciətlərinin araşdırılması zamanı aztəminatlı ailələrin bir qisminin fəal sosial müdafiə tədbirlərinə cəlb edilmək üçün potensial imkanlara malik olmaları müəyyən edilmişdir. Belə ailələrin əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğunun təminatına kömək göstərilməsi, eləcə də onların gələcəkdə birdəfəlik ünvanlı yardım - Özünədəstək proqramına cəlb edilmələri qərara alınmışdır.
Görüşdə minik avtomobili ilə təmin olunmaq üçün növbədə dayanan, yaşı 90-ı ötmüş Böyük Vətən müharibəsi əlilləri - Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər Hüsü Təhməzov və Məhərrəm Məhərrəmov, Astara rayon sakini Ağabəy Dadaşov, Göygöl rayon sakini Şaban Cəfərov "NAZ-LİFAN" markalı minik avtomobilləri ilə təmin olunmuşlar. Minik avtomobili alanlar əlillərə, o cümlədən Böyük Vətən müharibəsi əlillərinə göstərilən daimi diqqət və qayğıya, həmçinin Novruz bayramı ərəfəsində onlara qiymətli hədiyyə ilə sevinc bəxş edildiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.
İndiyədək nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən ölkənin bütün bölgələri üzrə ümumilikdə 800 nəfərə yaxın vətəndaş ilə görüş keçirilmiş, onların müraciətləri obyektiv və ədalətli tərzdə araşdırılmışdır. Keçirilən görüşlər nəticəsində vətəndaşların şikayət məzmunlu müraciətlərinin sayı xeyli azalmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında