Milli Məclisin deputatları Ukrayna Regionlar Partiyasının XIII qurultayının fəxri qonaqlarıdır

Martın 17-də Kiyevdə Ukrayna Regionlar Partiyasının XIII qurultayı işə başlamışdır.
Qurultayın işində 843 nümayəndə, Ali Radanın deputatları, Nazirlər Kabinetinin üzvləri iştirak edirlər. Xarici ölkələrin siyasi partiyalarının nümayəndələri qurultayın qonaqlarıdır.
Milli Məclisin deputatları - Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü Səyavuş Novruzov Azərbaycandan fəxri qonaqlar qismində iştirak edirlər.
Məlumdur ki, Yeni Azərbaycan Partiyası ilə Ukrayna Regionlar Partiyasını siyasi tərəfdaşlıq əlaqələri bağlayır.
Qurultayda Ukrayna Prezidenti Viktor Yanukoviçin çıxışı, habelə Regionlar Partiyasının sədri, Ukraynanın Baş naziri Nikolay Azarovun məruzəsi planlaşdırılmışdır.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında