Türkiyənin "Öncevatan" qəzetində "XX əsrin ən dəhşətli faciəsi: Xocalı soyqırımı" sərlövhəli məqalə dərc olunmuşdur

Türkiyənin "Öncevatan" qəzetində "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov və qəzetin əməkdaşı Rauf Əliyevin "XX əsrin ən dəhşətli faciəsi: Xocalı soyqırımı" sərlövhəli geniş məqaləsi dərc edilmişdir.
Məqalədə bildirilir ki, Ermənistan hərbi birləşmələri və keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri yerlə-yeksan edilmiş, sakinləri amansızlıqla qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, əsirlər amansız işgəncələrə məruz qalmışlar.
Müəllif çoxsaylı faktlarla Türkiyə oxucularına çatdırır ki, tarixdə kütləvi insan qətliamları ilə nəticələnən soyqırımlar çox olmuşdur. Lakin Xocalı soyqırımı XX əsrdə törədilən ən ağır hərbi cinayətdir.
Məqalənin müəllifləri Avropa ölkələrinin bir sıra nüfuzlu mətbuat və informasiya orqanlarında Xocalı soyqırımı ilə bağlı yayılan məlumatları araşdırmış, Xocalı soyqırımının dəhşətlərindən bəhs edən tükürpərdici faktları oxucuların diqqətinə çatdırmışlar.
Müəlliflər yazırlar ki, Xocalı soyqırımını təsdiq edən faktları sübuta yetirən videokadrlar, dəhşətli fotoşəkillər, minlərlə təkzibolunmaz sübut mövcuddur. Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsi barədə bu qanlı cinayətin baş verdiyi günlərdə dünyanın bir sıra ölkələrinin informasiya məkanında məqalələr və məlumatlar yazılmışdır. Məqalədə bu insanlıq faciəsinin canlı şahidlərinin, əcnəbi ölkələrin məhkəmə hakimlərinin, fransalı, ingiltərəli və rusiyalı jurnalistlərin soyqırımı barədə fikirləri yer almışdır.
Yazıda qeyd edilir ki, insan hüquq və azadlıqlarının qorunması məsələsinə xüsusi önəm verildiyi müasir dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli faciə insanlığa qarşı cinayət kimi qiymətləndirilməli, bu hadisəni törədənlər cəzalandırılmalıdır. Çünki ermənilərin törətdikləri bu cinayətlər, yalnız azərbaycanlılara deyil, həm də bəşəriyyətə qarşı həyata keçirilmiş cinayətdir. Ona görə də insan hüquq və azadlıqlarını müdafiə edən dövlətlər və onların parlamentləri belə faciələrin bir daha dünyada təkrarlanmaması üçün Xocalı soyqırımını tanımalıdırlar.
Məqalədə Azərbaycan və Türkiyə həmrəyliyinin Xocalı soyqırımının dünya ölkələrində tanıdılmasında təsirli rol oynayacağına əminlik ifadə olunmuşdur.
Məqalədə xüsusi vurğulanır ki, Türkiyədə baş verən 1915-ci il hadisələri ilə bağlı heç bir tarixi sənəd olmadığı və mənbəyə söykənmədiyi halda, 1992-ci ildə baş verən Xocalı soyqırımının canlı şahidləri bu gün də yaşamaqdadır və əsaslı sənədlər bu soyqırımını tam sübut edir. Ona görə Türkiyə Böyük Millət Məclisinin Xocalı soyqırımını tanıması böyük əhəmiyyətə malikdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında