Dünya Bankının dəstəyilə ölkəmizdə Elektron Qeydiyyat İnformasiya Sistemi yaradılacaqdır

"Hilton Baku" mehmanxanasında Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Dünya Bankının dəstəyi ilə reallaşdırdığı "Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sisteminin (EQİS) təqdimatı keçirilmişdir 
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov ƏMDK-nin Azərbaycanda ilk dəfə olaraq daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlər göstərilməsinə başladığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, EQİS-nin yaradılması və tətbiqi məqsədilə "NETCAD" və "SayberNet" şirkətləri ilə müqavilə imzalanmışdır. Artıq yaxın vaxtlarda tətbiqinə başlanılacaq EQİS əhaliyə, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın qeydiyyatı sahəsində beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsinə imkan verəcəkdir. Bu da qeydiyyat prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə yanaşı, bu sahədə şəffaflığı və etibarlılığı daha da artıracaqdır. Elektron xidmətin təşkili ilə bağlı proqram təminatının hazırlanması başa çatmaq üzrədir.
Qeyd olunmuşdur ki, təqdimatın məqsədi müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslərə EQİS-nin mahiyyəti, iş prinsipi və ondan istifadə imkanları barədə məlumat vermək, bu sahədə müvafiq izahat işləri aparmaqdır. Rafiq Cəlilov demişdir ki, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər iki mərhələdə tətbiq ediləcəkdir. Artıq martın 1-dən etibarən birinci mərhələyə başlanmışdır. Bu mərhələdə əmlak qeydiyyatı üçün müraciət elektron formada ediləcəkdir. Bunun üçün tələb olunan sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestrinin yerli ofislərinə adi qaydada təqdim edilməlidir. Mayın 1-dən başlanılacaq ikinci mərhələdə isə tələb olunan sənədlər də yerli ofislərə elektron qaydada-internet vasitəsilə göndərilə biləcəkdir. Yaradılacaq internet portalı fasiləsiz işləyərək, müraciətləri komitənin yerli ofislərinə çatdıracaqdır.
Təqdimat mərasimində bildirilmişdir ki, daşınmaz əmlakın elektron qeydiyyatı bu sahədə "bir pəncərə" prinsipinin tətbiqinə tam imkan verəcəkdir.
Tədbirdə Dünya Bankının nümayəndəsi Malkolm Çildrs, Almaniyanın KfW bankının təmsilçisi Ursula Heiser, "SayberNet" şirkətinin direktoru İlham Namazov, "NETCAD" şirkətinin əməkdaşı Musa Semerci və başqaları Azərbaycanda elektron xidmətlərə keçidin daşınmaz əmlakın qeydiyyatı sisteminin şəffaflığını və səmərəliliyini artıracağına, daşınmaz əmlak bazarının dinamik inkişafı üçün zəmin yaradacağına əminliklərini bildirmişlər.
Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında