Sabirabadda yeni qəsəbə və kənd məktəbi istifadəyə verildi

2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində Sabirabad rayonunda əsaslı işlər həyata keçirilmişdir. Rayonda çiy kərpicdən tikilmiş evlərin yerində möhkəm özüllü 1078 yeni ev tikilmiş, 80 evdə bərpa-gücləndirmə işləri görülmüş, əhaliyə dəymiş ziyana görə 12 milyon manatdan çox kompensasiya verilmişdir. 12 sosial obyekt, demək olar ki, yenidən qurulmuşdur.
Bu bölgəyə səfərləri çərçivəsində ölkə Prezidenti İlham Əliyev əsaslı təmirdən sonra Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri ilə tanış olmuş, subasmaya məruz qalmış Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı və başqa 14 kənddən keçməklə 68 kiolometr uzunluğunda yeni asfalt yolun ilk 15 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Qeyd edək ki, artıq keçən ilin dekabrında həmin yolun qalan 53 kilometri də istifadəyə verilmişdir. Həmin işlərin davamı olaraq təbii fəlakətdən daha çox ziyan çəkən Ulacalı kəndində 50 evdən ibarət yeni qəsəbə salınmış və kənd məktəbinin ibtidai sinifləri üçün yeni korpusun inşası da başa çatdırılmışdır.
Martın 3-də yeni qəsəbənin açılışı və məktəb korpusunun istifadəyə verilməsi münasibətilə Ulacalı kəndində təntənəli mərasimlər keçirildi. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə rayonda görülən böyük işlərdən danışdı və dövlət başçısına dönə-dönə əhalinin minnətdarlığını ifadə etdi. Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev aparılan keniş miqyaslı tədbirlərlərdən bəhs etdi, hələ görüləcək işlərin də olduğunu bildirdi.
Yeni qəsəbənin sakinləri Mənsuma Cəfərova, Zakir Babayev, Ramiz Əhədov, Ulacalı kənd tam orta məktəbinin direktoru Nail Xammədov, məktəbin müəlliməsi Mənsurə İsmayılova və valideyin Sitarə Mikayılova çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə sonsuz ehtiramlarını dəfələrlə dilə gətirdilər, Prezidenti və Mehriban xanım Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etməkdən şərəf duyduqlarını bildirdilər. Onlar Föqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyətinin də qayğısını daim hiss etdiklərini söylədilər.
Sonda tədbir iştirakçıları dövlət başçısına müraciət qəbul etdilər. Müraciət belə sonuclanır: "Çox hörmətli Prezidentimiz, bu əziz günlərdə ocağımızı yandırdınız, Allah ocağınızı daha gur yandırsın. Əmin olun ki, sabirabadlılar Sizinlədir, Sizinlə qürür duyurlar".

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında