Səbaillilərin əsgərlərə Novruz töhfəsi

Novruz bayramı ərəfəsində Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin bir qrup nümayəndəsi Tərtərdə hamilik etdikləri "N" saylı hərbi hissənin əsgər və zabitlərinin görüşünə getmişlər. Əvvəlcə qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə cəbhə xəttindəki səngərlərdə olmuş, burada əsgərlərimizin xidmət şəraiti ilə maraqlanmış, onlara bayram sovqatları çatdırmışlar.  
Hərbi hissədə şəxsi heyətlə keçirilən görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin milli ordumuz üçün yaratdığı şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmışdır. O, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə, lazım gələrsə, müharibə yolu ilə torpaqlarımızın azad olunacağına əminliyini bildirmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ön və arxa cəbhə arasında sıx əlaqədən danışmış, Vətən oğullarına çətin və şərəli xidmətlərində uğurlar arzulamışdır.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və şagirdlərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik Nizami Əliyev şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, hərbi hissə ilə Səbail rayonu arasında əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə qonaqlara öz minnətdarlığını bildirmişdir. O, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərdə ruh yuksəkliyi yaratdığını vurğulamışdır.
Sonra respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərə konsert proqramı təqdim etmişlər. Xalq artisti Nazpəri Dostəliyevanın, parodiyaçı Ramin Abdullayevin, müğənnilər Elçin Məhərrəmov və Fərid Məmmədovun çıxışları rəğbət və alqışlarla qarşılanmışdır.
Qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər. Səbail Rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin fəxri fərmanları təqdim olunmuşdur.
Səbail rayonunun nümayəndələri dostluq və əməkdaşlıq əlaqələri qurduqları Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki "N" saylı hərbi hissəsinin də qonağı olmuşlar.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında