Həştərxanda "Azərbaycan-Rusiya dostluq körpüsü"nün tikintisi və digər sosial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 12-dən 15-dək Rusiya Federasiyasının Həştərxan şəhərində işgüzar səfərdə olmuşdur.
Nərimanov Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və rayon icra hakimiyyətinin əməkdaşlarından ibarət nümayəndə heyətinin səfərinin məqsədi Prezident İlham Əliyevin tapşırığı ilə dövlətimiz tərəfindən Həştərxan şəhərində inşa olunan "Azərbaycan-Rusiya dostluq körpüsü"nün tikintisi və digər sosial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi və dövlətimizin başçısının müvafiq sərəncamına əsasən, Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə və diaspor quruculuğu sahəsindəki səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş Ədalət Hüseynova bu ali mükafatı təqdim etmək olmuşdur.
Səfər çərçivəsində A.Fərzəliyev Həştərxan şəhərinin yeni seçilmiş meri Mixail Stolyarov ilə görüşmüşdür. Görüşdə Həştərxan vilayəti ilə Azərbaycan arasında mövcud iqtisadi münasibətlərin daha da gücləndirilməsi istiqamətləri, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə edilmişdir.
Görüşdə, həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə dövlətimiz tərəfindən Həştərxan şəhərində inşa olunan "Azərbaycan-Rusiya dostluq körpüsü"nün tikintisi, knyaz Vladimirin heykəlinin ucaldılması və digər genişmiqyaslı sosial layihələrin həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri reallaşdırılmış və yenilərinin həyata keçirilməsi planlaşdırılır. Burada ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmış, ulu öndərin adını daşıyan park və məktəb istifadəyə verilmiş, N.Nərimanov adına park abadlaşdırılmış, tarixi bina tamamilə yenidən qurulmuşdur. Hazırda "Azərbaycan-Rusiya dostluq körpüsü"nün tikintisi həyata keçirilir.
Səfər çərçivəsində nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə də görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında son zamanlar intensiv inkişaf edən münasibətlərdən, ölkəmiz tərəfindən Həştərxanda həyata keçirilən layihələrdən danışılmış, qarşılıqlı əlaqələrin perspektivləri və inkişafı barədə fikir mübadiləsi aparılmışdır.
Həmçinin Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan vilayəti regional təşkilatının sədri Ədalət Hüseynova 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni təqdim edilmişdir.
A.Jilkin Ə.Hüseynovu təbrik edərək bu günlərdə 65 yaşının tamam olması münasibətilə ona xatirə hədiyyəsi olaraq qubernator saatı bağışlamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında