Dövlət Gömrük Komitəsinin "192" nömrəli qaynar xəttində mobil gömrük bölmələri ilə birbaşa əlaqə üçün xüsusi rabitə xidməti yaradılmışdır

Artıq Dövlət Gömrük Komitəsinin (DGK) "192" nömrəli qaynar xəttində mobil gömrük bölmələri ilə birbaşa əlaqə yaratmaq üçün xüsusi rabitə xidməti mövcuddur. 
Komitənin mətbuat xidmətindən bildirmişlər ki, hər bir vətəndaş "192" nömrəli qaynar xətti yığaraq "7" nömrəsini daxil etməklə və ya DGK-nın internet səhifəsi (www.dgk.gov.az) vasitəsilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin mobil gömrük şöbəsi ilə birbaşa əlaqə yarada bilər.
Ölkədə ən müasir nəqliyyat vasitələri, eləcə də kompyuter və digər avadanlıqla təchiz olunmuş mobil gömrük bölmələri yaradılmışdır.
Məqsəd Azərbaycanın gömrük ərazisində (avtomobil yollarında, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrinin, habelə gömrük nəzarəti üçün zəruri sənədlərin olduğu yerlərdə, eləcə də icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi yerlərdə və s.) törədilən qaçaqmalçılıq, gömrük işi sahəsində digər cinayətlər və hüquqpozma hallarının aşkar edilməsi və qarşısının alınması, həmçinin gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasını təmin etməkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında