Azərbaycan alimi Beynəlxalq Rabitə Akademiyasının həqiqi üzvü seçilmişdir

Professor Siruz Abasbəyli Beynəlxalq Rabitə Akademiyasının həqiqi üzvü seçilmişdir.
Bu haqda qərar Akademiyanın rəyasət heyətinin fevralın 21-də keçirilmiş iclasında qəbul edilmişdir. Martın 1-də keçirilmiş növbəti iclasda isə alimə Akademiyanın diplomu və vəsiqəsi təqdim edilmişdir.
Siruz Abasbəyli uzun müddətdir ki, Akademiyanın təşkil etdiyi forum, simpozium və konqreslərdə məruzələrlə, müxtəlif elmi dərgilərdə isə məqalələrlə müntəzəm çıxış edir. S.Abasbəyli bu elmi quruma seçilən ilk azərbaycanlı alimdir.
Qeyd edək ki, Beynəlxalq Rabitə Akademiyasının qərargahı Moskva şəhərində yerləşir. Akademiyanın 30 ölkəni təmsil edən min nəfər həqiqi üzvü vardır. Akademiyanın Rusiyanın ayrı-ayrı bölgələrində, həmçinin müxtəlif ölkələrdə bölmələri fəaliyyət göstərir. Qurumun Azərbaycanda da bölməsinin açılması nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında