Əhalinin sovet dövründən qalan əmanətlərinin qaytarılması son illər Azərbaycanda həyata keçirilən ən əhəmiyyətli sosial layihələrdən biridir

"Azərbaycan hökumətinin 2011-ci ildəki fəaliyyəti kifayət qədər səmərəli olmuşdur. Ötən il ölkəmizdə sürətli inkişaf meyilləri davam etdirilir və bu dövrdə inkişaf tendensiyası qorunub saxlanılmışdır. Bu da Azərbaycanın 2012-ci ildə daha yüksək iqtisadi və sosial göstəricilər əldə etməsi üçün əsaslar hazırlayıbdır". 
Bu sözləri Milli Məclisin martın 16-da keçirilən iclasında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov çıxışı zamanı demişdir.
Əli Əhmədov hökumətin sosial layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətindən danışaraq bu fəaliyyətin nəticəsi olaraq vətəndaşların həyat səviyyəsinin və sosial rifahının daha da yaxşılaşdığını nəzərə çatdırmışdır.
YAP sədrinin müavini sovet dövründən qalan əmanətlərin əhaliyə qaytarılması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı fərmanı yüksək qiymətləndirərək demişdir ki, bu, son illər Azərbaycanda həyata keçirilən ən əhəmiyyətli sosial layihələrdən biridir. Digər tərəfdən, belə bir fərmanın imzalanması ölkəmizin makroiqtisadi göstəricilərinin açıq ifadəsi və Azərbaycan reallıqlarının təzahürüdür. Bakının və regionların simasının sürətlə dəyişməsi də Azərbaycanın inkişafının göstəricilərindən biridir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında