Azərbaycanda ilk mikrotunel tipli kollektor tikilir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması və Xəzər dənizinin ekologiyasının daha yaxşı qorunması istiqamətində kompleks tədbirləri davam etdirir.
Tədbirlər proqramının tərkib hissəsi olaraq Səbail rayonunun Bayıl yaşayış massivi ərazisində Azərbaycanda ilk dəfə olaraq mikrotunel tipli kanalizasiya kollektoru tikilir. Xatırladaq ki, Bayıl kollektoru 1270 metr uzunluğunda və 5 quyudan ibarət olmaqla Səbail rayonu M. Hüseynov küçəsindən Y. Yaqubov küçəsinədək çəkiləcək. Çirkab suötürücü kollektorunun tikintisi alman texnologiyası ilə işləyən AVN-1200 müasir qazma qurğusu vasitəsilə həyata keçirilir. Kollektorun tikintisində tətbiq olunan yeni qazma üsulu kommunikasiya xətlərinin köçürülməsini tələb etmir və bu zaman həm də böyük inşaat meydançasının yaradılmasına ehtiyac qalmır. Müasir texnologiya əsasında işləyən qurğu iqtisadi, texniki və ekoloji cəhətdən olduqca sərfəlidir. İnşasına 2011-ci ilin noyabrından başlanmış kollektorda işlərin 60 faizi yerinə yetirilib. Artıq birinci ilə ikinci şaxta arasında 1200 mm diametrində dəmir-beton boruların quraşdırılması başa çatdırılıb, ikinci və üçüncü şaxta arasında isə işlər yekunlaşmaq üzrədir. Aprel ayının sonuna kimi ərazidə tikinti-quraşdırma və abadlıq işlərinin başa çatdırılması nəzərdə tutulur.
Layihəyə uyğun olaraq gələcəkdə Bayıl yamacı istiqamətindən axıdılan çirkab suları tam toplanaraq "20-ci Sahə"də tikiləcək təmizləyici qurğuya ötürüləcək. Bununla da Bayraq Meydanı və Dənizkənarı Milli Parkın yeni salınan hissəsinin ekoloji təhlükəsizliyi tam təmin olunacaq. Yeri gəlmişkən, "20-ci Sahə"də tikiləcək həmin qurğuda bioloji təmizlənmədən sonra suyun bir hissəsi burada salınacaq yaşıllıqların suvarılmasında istifadə ediləcək.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında