Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması faktları ilə əlaqədar Azərbaycan BMT-nin Baş Katibinin adına məktub göndərmişdir

Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması faktlarına diqqəti cəlb etmək məqsədilə BMT-nin Baş katibi Pan Gi Munun adına məktub göndərmişdir. Məktub BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmışdır.
Həmin məktuba əlavə edilən sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mövqelərinin atəşə tutulduğu dəqiq tarixlər və istiqamətlər göstərilmişdir.
Sənəddə 1 dekabr 2011-ci ildən 31 yanvar 2012-ci ilə qədər olan dövrdə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan mövqelərinin atəşə tutulması ilə əlaqədar 71 fakt göstərilir.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyevin BMT-nin Baş katibi Pan Gi Munun adına məktubunda qeyd edilir ki, 2011-ci ilin dekabr və 2012-ci ilin yanvar aylarında Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan silahlı qüvvələrinin iki hərbi qulluqçusu öldürülmüş və 1 nəfər dinc sakin yaralanmışdır.
Məktuba əlavədə bildirilir ki, göstərilən müddətdə Ermənistan silahlı qüvvələri həm işğal edilmiş Azərbaycan ərazilərində özlərinin mövqelərindən, həm də Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki hədəflərini atəşə tutmuşlar.
Məktubda Ermənistan Prezidenti Serj Sarkisyanın bu il yanvarın 22-də, onun ölkəsinin silahlı qüvvələrinin yaradılmasının 20-ci ildönümü münasibətilə və bu il fevralın 18-də Ermənistanın Vətənin Könüllü Müdafiəçiləri İttifaqının IX konfransında səsləndirdiyi bəyanatları pislənilir.
Məktubda deyilir: "Ermənistan prezidenti öz ölkəsinin istənilən sivil cəmiyyətdə biabırçılıq və nifrət obyekti sayılmağa layiq olan silahlı qüvvələrini mədh etməklə, habelə müharibə dövründə Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş qəddar cinayətlərə görə məsuliyyət daşıyan bir ovuc başkəsəni tərifləməklə, onun "erməni brendi" və "erməni dəyərlər sistemi" adlandırdığı anlayışların əslində nə demək olduğunu tamamilə aydın şəkildə bildirir. Ermənistan təbliğat maşını Azərbaycanı guya öz hərbi büdcəsini artırmasına və müharibə qızışdırmasına görə durmadan tənqid etdiyi bir vaxtda Ermənistan prezidentinin açıq bəyanatları öz ölkəsinin əsassız militaristləşdirilməsinə əyani sübutdur".
A.Mehdiyev qeyd etmişdir ki, bu çıxışlarda Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış müharibənin həqiqi səbəblərini, onun gedişini və nəticələrini həyasızcasına təhrif edən yeni nümunələr vardır. Yuxarıda şərh edilən bütün informasiya bir daha təsdiq edir ki, Ermənistanın həyata keçirdiyi təcavüz, nifrət və saxtalaşdırma siyasəti münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə yönəlmiş səylərə mane olmaqda davam edir, regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhdid mənbəyidir.
Sənəddə həmçinin vurğulanır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində özünün hərbi iştirakını genişləndirməkdə davam edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında