Bayramınıza bir bayram da qatın!

"Bahar sevincləri"nin tirajı martın 21-də!
"Azərlotereya" ASC-nin daha bir maraqlı layihəsi başa çatdı. Martın 7-də, axşam, çoxsaylı lotereya həvəskarları "Binqo+8" lotereyasının AzTV-də canlı yayımlanan tirajını izləməklə maraqlı və həyəcan dolu anlar yaşadılar. Oyunun qaydalarına müvafiq olaraq, əvvəlcə, həvəsləndirici turda biletin seriya nömrəsi ilə KİA "Sportage" avtomobili oynanıldı və 142065 saylı bilet qalib gəldi.
İki gün öncə isə AzTV-nin çoxsaylı auditoriyası uduşların sahiblərinə təqdimat mərasimini izlədilər. Əsas uduş, KİA "Sportage" avtomobili Bakı şəhər sakini, ömründə bir dəfə də olsun lotereya oyunlarında iştirak etməyən, tibb sahəsində çalışan, iki uşaq anası Əskərova Aleksandra Aleksandrovnaya qismət oldu. "Azərlotereya" ASC-nin 8 mart bayram layihəsinin reklam materiallarında xüsusi olaraq vurğulanırdı ki, "Binqo+8" lotereya bileti istehlakçılara KİA "Sportage", 7 ədəd "Chevrolet Aveo" avtomobili və çoxsaylı pul uduşlarına sahib olmaq imkanı verməklə bərabər, nəfis forma və dizaynı ilə 8 mart bayramı üçün unikal hədiyyədir. Aleksandra xanımın dediyi kimi qayınatasının 8 mart bayramı münasibətilə verdiyi "Binqo+8" lotereyalarından biri məhz onun bəxtinə çıxan bilet ailəyə KİA "Sportage" avtomobili gətirdi. Təqdimat mərasimində "Chevrolet Aveo" avtomobilinin açarları təqdim olunan Ağdam sakini, 58 yaşlı Məmmədov Şikar Həsən oğlu da dörd ədəd "açıqca-bileti" hədiyyə kimi alıb. Şikar babanın nəvəsinə verdiyi hədiyyə avtomobil uddu.
Qaydalara əsasən, beş turdan ibarət olan oyunun hər turunda bir "Chevrolet Aveo" avtomobili oynanılırdı və ilk turda tirajı izləyən çoxsaylı oyun iştirakçıları olduqca dramatik anlar yaşadılar. Birinci turda, 673 iştirakçı "Chevrolet Aveo" avtomobilini udmağa iddialı idilər və onlardan 39 nəfəri avtomobili şərikli uddular. Sonrakı turlarda Yevlax şəhər sakini Məmmədov Adəm Müzəffər oğlu və Ağdamlı Vəliyeva Tamella Baxış qızı "Chevrolet Aveo" avtomobilini şərikli udmaqla hərəyə 5200 manat qazandılar. Tamella xanım əlavə olaraq daha 40 manat udmaqla, ümumilikdə 5240 manata sahib oldu. Bakıdan Ağa Rəşad Nemət oğlu və Nəzirov Rauf Əskər oğlu hərəyə 3487 manat, Əliyeva Elnarə Sahib qızı isə 2500 manata sahib oldular.
Xaçmaz şəhər sakini 27 yaşlı Qəhramanov Zaur Nizamədin oğlu 3 ədəd "Binqo+8" almaqla "Chevrolet Aveo" avtomobilinə sahib oldu. "Ailə Sevinci" lotereyasının 057-ci tirajında Bakı şəhər sakini Əlizadə Toğrul Mustafa oğlu, 058-ci tirajında isə Qax rayon sakini Novruzov Elçin Mustafa oğlu "Nissan Sunny" avtomobili uddular. Gədəbəy sakini Məmmədov Sahib Taptıq oğlu məhz bu tirajda 12 000 manat məbləğində "Cek Pot"a sahib olub. Bakı sakini Adgözəlov İlahi Əvəz oğlu da "Azərlotereya" ASC-dən avtomobil payını aldı. O, "Binqo" lotereyasının 061-ci tirajında "Chevrolet Aveo" avtomobili uddu. Naxçıvan sakini Vəlixanov Rəhman İbrahim oğlu "Uğur"un 030-cu tirajında 2500 manata sahib oldu.
İndi lotereya həvəskarlarının əsas diqqəti seriya nömrəsinin son 5 rəqəmi ilə də avtomobil udmaq kimi unikal imkan verən "Bahar Sevincləri" lotereyasına yönəlmişdir. Mart ayının 21-də isə, axşam, bayram süfrəsi arxasında, canlı yayımda AzTV-dən "Bahar Sevincləri" lotereyasının tirajını izləməklə şou, əyləncə və həyəcan dolu anları yaşamaq, ən əsası, Toyota "Prado", Hyundai "Sonata", KIA "RİO", "Nissan SUNNY", "Chevrolet Aveo" avtomobilləri udmaqla bayramınıza bayram qatın.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında